Azərbaycanın regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin yaradılmasına başlanılıb
"Tehsil365" xəbər verir ki, Azərbaycanın regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin yaradılmasına başlanılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) verilən məlumata görə, Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr 9 iyul 2026-cı il saat 11:00-dan etibarən aktiv olacaq.
Qəbul prosesi yaş qrupları üzrə aşağıdakı qrafikə uyğun həyata keçiriləcək:
2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün: saat 11:00-da.
2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün: saat 15:00-da.
Qeyd edək ki, bu il ilk dəfə olaraq qəbul prosesi myGov platforması üzərindən həyata keçiriləcək.

