Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq istəyən abituriyentlər 7 iyul – 20 iyul tarixləri aralığında sənədlərini Dövlət İmtahan Mərkəzinə (DİM) və ya onun regional bölmələrinə təqdim etməlidirlər.
"Tehsil365" xəbər verir ki, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq istəyən abituriyentlər üçün sənəd qəbulu prosesi start götürüb. Abituriyentlər 7 iyul – 20 iyul 2026-cı il tarixləri arasında sənədlərini Dövlət İmtahan Mərkəzinə (DİM) və ya onun regional bölmələrinə təqdim etməlidirlər.
Kimlər müraciət edə bilər?
Proses aşağıdakı beynəlxalq proqramlar üzrə təhsil almış abituriyentlərə aiddir:
Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme).
Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education).
Yüksək yerləşdirmə (Advanced Placement).
Qeydiyyat və sənədləşmə:
Abituriyentlər "Abituriyentin elektron ərizəsi"nin surətini, təhsil sənədinin əslini və surətini təqdim etməlidirlər.
Namizədlər öz beynəlxalq imtahan nəticələrini DİM-in institusional kodunu (039315) daxil etməklə elektron formada mərkəzə göndərməlidirlər.
Abituriyentlər Azərbaycan dili fənnindən ayrıca imtahan verib məqbul qiymət almalıdırlar.
Sənədləri təqdim edərkən qəbul olmaq istədikləri ixtisasın kodunu yazılı şəkildə bildirmək vacibdir.
Qeyd edək ki, müsabiqədənkənar qəbul üçün təhsil proqramları üzrə fərqli minimal bal və qiymət tələbləri müəyyən olunub.

