Bakı Mühəndislik Universitetində (BMU) Koreya Respublikasının INHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq və rektor Ço Myonq Voonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
"Tehsil365" xəbər verir ki, Bakı Mühəndislik Universitetində (BMU) Koreya Respublikasının INHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq və rektor Ço Myonq Voonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev universitetlər arasında qurulan strateji tərəfdaşlığı və BMU-INHA ikili diplom proqramının uğurlu icrasını yüksək qiymətləndirib. Rektor bildirib ki, proqramın 2030-cu ilədək uzadılması bu əməkdaşlığa verilən yüksək dəyərin göstəricisidir.
INHA Universitetinin nümayəndələri isə öz növbəsində əməkdaşlığın uğurlu nəticələrindən bəhs edərək aşağıdakıları qeyd ediblər:
Proqramın Azərbaycanla Koreya arasında akademik və mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
İkili diplom proqramının gələcək inkişafı üçün hər iki universitetin birgə səylərini davam etdirəcəyinə əminlik ifadə olunub.
Əməkdaşlığın elmi-tədqiqat, süni intellekt, informasiya texnologiyaları və mühəndislik sahələrində genişləndirilməsinin prioritet olduğu qeyd edilib.
Səfər çərçivəsində nümayəndə heyəti yay məktəbində iştirak edən tələbələrlə görüşərək, tədris prosesi və onların qazandıqları təcrübə ilə maraqlanıblar.

