Təhsil 365 - Logo Mobile

Uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik

15207.07.2026 - 18:24
Uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik

Azərbaycanda sosial media ilə bağlı yeni tələblər” Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müzakirə edilir.

“Tehsil 365” xəbər verir ki, çıxış edən Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev ölkədə yaş məhdudiyyəti tətbiq olunan sosial şəbəkə platformasının provayderlərinin fəaliyyətinə dair yeni qaydaların müəyyənləşdirilməsi barədə məlumat verib. Bildirib ki, dəyişiklik qüvvəyə mindikdən sonra siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi platformalarda 16 yaşı tamam olmamış şəxslərin fərdi rəqəmsal hesablar yaratmasına yol verilməyəcək. 16-18 yaş arası uşaqlar üçün isə fərdi rəqəmsal hesab valideynin və ya qanuni nümayəndənin razılığı əsasında yaradıla biləcək.

Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Zifəroğlu yeni tələblərin sosial şəbəkə platformalarının məsuliyyətini artırmasına toxunub. Bildirib ki, platformalar uşaqların hüquqları ilə bağlı təhlükəsizlik standartlarını gücləndirməlidir. Bununla yanaşı, yaş məhdudiyyətlərinin səmərəli tətbiqi təmin olunmalıdır.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli müzakirəyə çıxarılan məsələnin önəmini xüsusi vurğulayaq qanunvericiliyə edilən dəyişiklikləri ölkədə rəqəmsal təhlükəsizlik siyasətinin yeni mərhələsinin başlanğıcı adlandırıb.

Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova sözügedən dəyişikliklərin yalnız hüquqi tənzimləmə deyil, həmçinin maarifləndirici əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Əlavə edib ki, artıq valideynlər rəqəmsal mühitdəki riskləri daha yaxşı anlayacaq, uşaqlar isə internetdən təhlükəsiz və məsuliyyətli istifadəyə vərdiş edəcəklər.

Yeni media və kommunikasiya kafedrasının müdiri, dosent Xatirə Hüseynova isə çıxışında istənilən texnoloji alətin faydalı ola biləcəyini, lakin əsas məsələnin ondan düzgün istifadə etməyi bacarmaq olduğunu diqqətə çatdırıb.

Siyasi elmlər doktoru, professor Sabir Məmmədli isə informasiya sahəsində birliyin əhəmiyyətindən danışıb. Həmçinin sosial şəbəkələrin Azərbaycanın əldə etdiyi uğurlarda, o cümlədən informasiya müharibəsində qazanılan qələbədə mühüm rol oynadığını vurğulayıb.

Daha sonra çıxış edən siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimova müasir dövrdə insanların əsas informasiya mənbələrindən biri olan sosial medianın operativ informasiya məkanı rolunu oynamaqla yanaşı, dezinformasiyanın yayılmasında da mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, artıq uşaqlar ibtidai sinif yaşlarından etibarən sosial şəbəkələrdə hesab açmağa maraq göstərirlər və bu səbəbdən onların rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması vacibdir.

Müzakirə çərçivəsində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Pərvanə İbrahimovanın yeni çap edilən “Sosial media” adlı dərs vəsaitinin təqdimatı olub. Çıxış edənlər təqdim olunan nəşrin önəmini xüsusi vurğulayıblar. Bildiriblər ki, müasir media mühitində bu kimi vəsaitlər tələbələrlə yanaşı, media nümayəndələri üçün də faydalı mənbədir. Kitabda sosial medianın təsiri ilə meydana çıxan narsizm, kiberzorakılıq, nifrət nitqi, virtual kimliklər, nəzarət və müşahidə kimi yeni anlayışlara da yer verilməsi xüsusi əhəmiyyət daşıyır.

Türkan Allahquliyeva

Xəbər Lenti

Argentina millisindən əzmkar qələbə07.07.2026 - 19:00
Fuad Nəbiyev yeni vəzifəyə təyin olundu.07.07.2026 - 18:55
Azərbaycandan Rumıniyaya ixrac olunan neftin həcmi məlum oldu07.07.2026 - 18:37
2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq07.07.2026 - 18:34
Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edəcək07.07.2026 - 18:15
KİV: Rusiyanın ən böyük neft emalı zavodu fəaliyyətini dayandırdı07.07.2026 - 18:10
Şiddətli geomaqnit qasırğası olacaq07.07.2026 - 17:53
UNEC Dünya İqtisadi Forumunun “Qlobal Risklər Hesabatı 2026”nın rəsmi tərəfdaşı seçilib07.07.2026 - 17:37
BMU-da INHA Universitetinin rəhbər heyəti ilə görüş keçirilib07.07.2026 - 16:59
Abituriyentlərin nəzərinə: Sənəd qəbulu başlayıb07.07.2026 - 16:49
Bağçalara elektron qəbul başlayıb07.07.2026 - 16:42
Bakı Avrasiya Universitetində vakansiya: Müəllimlər üçün müsabiqə elan olunur07.07.2026 - 16:23
"Səyyar Gənclər Xidməti" Qəbələ gənclərini bir araya gətirib - FOTOLAR07.07.2026 - 16:07
Azərbaycanlı universitet müəllimləri üçün "Fulbright" proqramına müraciət başlayıb 07.07.2026 - 16:02
"Universitet həyatına keçid edən tələbələr üçün psixoloji hazırlıq vacibdir" – PSİXOLOQ07.07.2026 - 15:41
Direktorların işə qəbulu müsabiqəsi: elektron sənəd qəbulunun müddəti uzadıldı07.07.2026 - 14:07
Yüksək texniki peşə təhsilinin təsnifatı yenilənib – yeni ixtisaslar əlavə olunub07.07.2026 - 13:46
Keçid ballarına təsir edəcək əsas amillər açıqlanıb - təhsil eksperti Elçin Əfəndi07.07.2026 - 13:30
AzTU tələbələri yeni FPV dron layihəsi hazırlayıblar07.07.2026 - 13:24
42 illik müəllim sertifikatlaşdırma imtahanında 59 bal topladı07.07.2026 - 13:16
ADU-da IV Beynəlxalq Türk dili və ədəbiyyatlarının tədrisi konfransı keçiriləcək 07.07.2026 - 13:06
İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əhatə dairəsi genişlənir07.07.2026 - 10:16
Ümumi təhsildə millilik və dünyəvilik dövlət siyasətinin əsas prinsipləri sırasına əlavə olunur07.07.2026 - 10:08
BDU-da xurma genotiplərinin biokimyəvi və molekulyar-genetik xüsusiyyətləri öyrənilir07.07.2026 - 09:52
Özbəkistan yenilənmiş latın əlifbasına keçir07.07.2026 - 09:49
Coğrafiya İnstitutunun əməkdaşları işğaldan azad edilmiş ərazilərdə tədqiqat aparırlar07.07.2026 - 09:45
Azərbaycanda rəqəmsal köçəri vizası tətbiq oluna bilər07.07.2026 - 09:42
Azərbaycanda “Yaradıcı Kino İnkubasiya Proqramı”na start verilir – qeydiyyat başladı07.07.2026 - 09:35
Təhsil işçilərinə ictimai nəqliyyatda yeni güzəşt tətbiq olunur07.07.2026 - 09:27
Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Türkiyə ədəbiyyatı” bölməsi oxucuların istifadəsinə verilib-FOTOLAR07.07.2026 - 09:26
Səhiyyə nazirinin yeni müavini müəyyənləşib07.07.2026 - 09:22
Sumqayıt Narkoloji Dispanserində qeydiyyatda olan xəstələrin sayı açıqlanıb07.07.2026 - 09:18
Abituriyentlərin diqqətinə: Qəbul balları ilə bağlı yeni proqnoz07.07.2026 - 09:15
Sabah ölkə ərazisində yağışlı hava gözlənilir07.07.2026 - 09:11
“Çox vaxt düşünürük ki, qış keçdi, artıq xəstəlikdən qurtulduq” - Həkim Elşən Tağıyev07.07.2026 - 09:03
Məktəblərdə geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbiti son oxunuşda qəbul edilib07.07.2026 - 08:44
Müəllimlərin geyimi ilə bağlı layihə III oxunuşdan keçdi07.07.2026 - 08:19
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirildi-FOTOLAR07.07.2026 - 08:12
DSX Xüsusi Məktəbinin kursantlarının azad edilən ərazilərə ekskursiyası təşkil olunub-FOTOLAR07.07.2026 - 08:01
Bakı Slavyan Universitetində magistratura üzrə iki yeni ixtisaslasmaya qəbul elan olunub07.07.2026 - 07:13
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır07.07.2026 - 05:23
Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 7-ci iclası keçirilib07.07.2026 - 05:10
"Süni intellektdən şagird də, müəllim də istifadə edə bilməlidir" - Təhsil eksperti Qoşqar Məhərrəmov07.07.2026 - 04:44
Alimlər: Videooyunlar yaddaşı müəyyən dərəcədə yaxşılaşdıra bilər07.07.2026 - 04:22
Abituriyentlər bəzi sənədləri DİM-ə təqdim etməlidirlər07.07.2026 - 04:13
UNEC-in “Journal of Belt and Road Studies (JBRS)” elmi jurnalının ilk nömrəsi nəşr olunub07.07.2026 - 04:01
Abituriyentlərə xəbərdarlıq: Seçim edərkən bunları mütləq nəzərə alın!06.07.2026 - 17:19