Təhsil 365 - Logo Mobile

Samuray arıları meşə zolaqlarına da buraxılıb

13708.07.2026 - 06:35
Samuray arıları meşə zolaqlarına da buraxılıb

Artıq 4 ildən bir qədər çox müddətdir ki, şimal-qərb bölgəsində qəhvəyi mərmər bağacığı kütləvi yayılıb və bu müdddətdə aqrar sektorun bütün sahələrinə, eləcə də fərdi təsərrüfatlara ciddi sirayət edib.

“Tehsil365” xəbər verir ki, Azərbaycanda qəhvəyi mərmər bağacığı ilk dəfə 2017-ci ildə qeydə alınıb. Vətəni Şərqi Asiya olan bu təhlükəli zərərverici sonrakı illərdə yumurta qoyaraq kütləvi artmağa və Balakən rayonundan başlayaraq Zaqatala və Qax istiqamətdə yayılmağa başlayıb. İlkin araşdırmalara görə, əsasən şimal-qərb bölgəsi olmaqla, ölkənin 12-dən çox rayonunda (xüsusən Zaqatala, Balakən, Qax, Quba, Qusar, Xaçmaz, Göygöldə) geniş yayılaraq kənd təsərrüfatına ciddi ziyan vurur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən kənd təsərrüfatı bitkilərinin təhlükəli zərərvericilərindən olan qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilən bioloji mübarizə tədbirləri çərçivəsində Zaqatala və Balakən rayonlarında Samuray arılarının təbii mühitə buraxılmasına başlanılıb. Bununla əlaqədar olaraq bioloji mübarizə tədbirlərinin icrası və monitorinqi məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə Zaqatala və Balakən rayonlarına sahə səfəri təşkil olunub.

Aqrar Xidmətlər Agentliyi sədrinin müavini Cəfər Məhərrəmovun sözlərinə görə, qəhvəyi mərmər bağacığı şimal-qərb rayonlarında yayılaraq artandan sonra onlar kənd təsərrüfatına, eləcə də bu bölgənin sakinlərinin fərdi təsərrüfatlarına ciddi ziyan vurub. Qəhvəyi mərmər bağacığının növbəti illərdə ölkəmizin digər bölgələrində müşahidə edilməsi və sayının çoxalması müvafiq qurum və təşkilatların ciddi narahatlığıana səbəb olub və bu istiqamətdə araşdırmalara başlanılıb. İlk növbədə qardaş Türkiyədən olan alimlərin bu sahədə apardığı elmi və təcrübələr öyrənilib. Məlum olub ki, Türkiyənin müvafiq qurumları bununla bağlı bir sıra uğurlu nəticələr əldə edib. Bu da qəhvəyi mərmər bağacığının təbii düşmənlərindən olan Samuray arılarının təbiətə buraxılması yolu ilə onlara qarşı bioloji mübarizə tədbirlərini artırmaqdır.

Cəfər Məhərrəmov ilk prosesdə 20 min Samuray arısının təbiətə buraxıldığını bildirib. Növbəti mərhələdə bu növ arıların ölkənin digər bölgələrində də təsərrüfatlara, yol kənarlarına buraxılması nəzərdə tutulur.

“Bu təbii mübarizə üslunudan İtaliya, Türkiyə və Gürgüstanda artıq istifadə olunub. Məqsəd qəhvəyi mərmər bağacığına qarşı kimyəvi deyil, həm də təbii üslullarla mübarizə aparmaqdır. Bu ilk eksperimentdir və inanırıq ki, nəticəsi uğurlu olacaq” - deyən sədr müavini Samuray arılarının artıq ölkədə istehsalı və yetişdirilməsi ilə əlaqədar işlərə başlanıldığını bildirib.

Türkiyənin Samsun vilayətinin Karadəniz Araşdırmalar İnstitunun nümayəndəsi Mustafa Kılıc bildirib ki, qəhvəyi mərmər bağacığının illər əvvəl ölkəsində yayılması nəticəsində aqrar sektora külli miqdarda zərər dəyib. Məhz Samuray arıları da bağacıqların təbii yolla məhvinə nail olmaq üçün istifadə edilir. Belə ki, bu arılar bağacıların yumurta qoyduğu yeri aşkar edərək orada öz yumurtalarını buraxmaqla onların artımının qarşısını alır.

Mustafa Klıc onu da əlavə edib ki, təbiətə buraxılan Samuray arılarından Türkiyədə geniş istifadə olunur və aparılan müşahidələr müsbət nəricələr verib. Deyib ki, bundan əvvəl bölgə rayonlarında bağacıqların yerləşmə və yayılma arealı ilə tanış olub, araşdırmalar aparılıb və sonradan tədbirlərin görülməsi üçün birgə addımlar atılıb. Qarşıdakı müddətdə də arılar buraxılan yerlərdə birgə müşahidələr aparılacaq və nəticələri analiz olunacaq.

“Təbii mühitə buraxılan Samuray arılarının AXA tərəfindən laboratoriya şəraitində yetişdirilməsinə başlanılıb. Proses çərçivəsində bioloji mübarizə tədbirlərinin mərhələli şəkildə ölkənin digər regionlarında da tətbiqinin genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və yerli şəraitə uyğunlaşdırılması istiqamətində işlərin davam etdirilməsi planlaşdırılır”, - deyə agentliyin digər sədr müavini Əli Zeynalov bildirib. O deyib ki, Gəncə şəhərindəki lobaratoriyada artıq 500 ədəd Samuray arısı istehsal olunub. Məqsəd qarşıdakı 3-4 ay əraində bütün ölkə ərazisini əhatə edə biləcək qədər Samuray arısı istehsal edərək təbiətə buraxmaq və bağacıqların yayılmasının, təsərrüfatlara vurduğu zərərin qarşısını almaqdan ibarətdir.

Əli Zeynəlov əlavə edib ki, tədbir ölkə ərazisində kənd təsərrüfatı bitkilərinə ciddi iqtisadi ziyan vuran zərərvericilərə qarşı ekoloji cəhətdən təhlükəsiz, davamlı və elmi əsaslara söykənən mübarizə üsullarının tətbiqinin genişləndirilməsi məqsədi daşıyır. Bioloji mübarizə proqramı beynəlxalq təcrübəyə əsaslanmaqla həyata keçirilir, proses Türkiyədən dəvət olunmuş mütəxəssislərin müşayiəti və peşəkar tövsiyələri əsasında icra olunur.

Mütəxəssislər onu da bildiriblər ki, Samuray arıları təbiətə buraxılması qəhvəyi mərmər bağacığının yumurtalarının təbii şəkildə parazitləşdirilməsi prinsipi əsasında həyata keçirilir. Faydalı həşəratlar zərərvericinin yumurtalarını məhv etməklə onun çoxalmasının qarşısını alır, populyasiyasını azaldır və kimyəvi pestisidlərdən istifadənin minimuma endirilməsinə töhfə verir. Bu bioloji mübarizə üsulu ekoloji cəhətdən təhlükəsiz və davamlı olmaqla yanaşı, kənd təsərrüfatı bitkilərinin qorunmasında effektiv vasitə hesab olunur. Samuray arılarının sahələrə buraxılması zərərvericinin yayılma vəziyyəti və aparılan monitorinqlərin nəticələri nəzərə alınmaqla həyata keçirilir.

AXA əməkdaşlarının verdiyi məlumata əsasən, Samuray arıları Zaqatala və Balakənin təsərrüfatlarına deyil, həm də meşə zolaqlarına buraxılıb.

Fidan Məmmədli

Xəbər Lenti

“UNEC Ekspert” jurnalının 2026-cı il üzrə ilk sayı nəşr olunub15.07.2026 - 05:59
Mingəçevir Dövlət Universitetinin Gənc Alimlər Şurasının 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş iclası keçirilib15.07.2026 - 05:45
Xəzər Universitetinin KDI komandası “Milli Energetik Materialların İnkişafı Proqramı”nda mühüm uğur qazanıb15.07.2026 - 05:30
UNEC tələbələri “Maliyyəçisən” yay təcrübə proqramının qalibi olublar15.07.2026 - 05:21
UFAZ tələbələri Fransada keçirilən Yay Məktəbini uğurla başa vurublar15.07.2026 - 05:12
ADPU rəhbərliyi Quba filialının heyəti ilə görüş keçirib15.07.2026 - 05:01
ADU əməkdaşının “İnternet jurnalistikası” fənni üzrə tədris proqramı nəşr olunub15.07.2026 - 04:52
BMU və AZAL arasında əməkdaşlıq imkanları müzakirə olunub15.07.2026 - 04:41
BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır15.07.2026 - 04:38
UNEC-in 2 saylı tədris binasında abituriyentlər üçün Açıq Qapı günü keçirilib15.07.2026 - 04:34
BMU tələbələri Böyük Çin səddi ətrafında kəndlərin inkişaf modelini öyrəniblər15.07.2026 - 04:25
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı görüş keçirilib15.07.2026 - 04:17
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama15.07.2026 - 04:10
Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət15.07.2026 - 04:03
4 illik atəşkəsə son qoyuldu - husilər hərəkətə keçdi14.07.2026 - 18:52
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq14.07.2026 - 18:33
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub14.07.2026 - 18:27
Heydər Əliyevin 13 ildə dəyişdirdiyi Azərbaycan 14.07.2026 - 18:19
MİQ imtahana gəlməyənlərin sayı açıqlandı14.07.2026 - 18:07
Şuşa Forumu Azərbaycanın qlobal informasiya diplomatiyasını gücləndirir14.07.2026 - 18:00
Mərkəzi Bankda yeni təyinat 14.07.2026 - 17:54
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi14.07.2026 - 17:48
İranda əlillər üçün aylıq müavinətlərin ödənilməsi dayandırıldı14.07.2026 - 17:44
Şuşa Qlobal Media Forumu artıq brendə çevrilib - Türkiyəli müşavir14.07.2026 - 17:40
Tramp 20 faizlik rüsumdan imtina etdi 14.07.2026 - 17:35
İlham Əliyevin adından Pelleqriniyə rəsmi nahar verildi 14.07.2026 - 17:30
59 yaşında peşə təhsili aldı: Oğlunun müəllim işlədiyi mərkəzdən məzun oldu14.07.2026 - 14:19
Yüksək texniki peşə təhsili üzrə qəbul aparılan ixtisaslar açıqlanıb - FOTOLAR14.07.2026 - 14:09
ATU-da "Rezident həyatı yaşa-5" layihəsinə start verilib - FOTOLAR14.07.2026 - 14:03
NDU-nun professor-müəllim və tələbələri Türkiyədə klinik staj keçirlər - FOTOLAR14.07.2026 - 13:55
BSU müəllimləri Dünya Polyak Ədəbiyyatı Tərcüməçiləri Konqresində iştirak ediblər - FOTOLAR14.07.2026 - 13:45
BSU-nun kafedra müdiri DAAD-ın beynəlxalq elmi qrantını qazanıb14.07.2026 - 13:38
MDU və AQSİA tələbə və məzunlar üçün yeni əməkdaşlığa başlayıb - FOTOLAR14.07.2026 - 13:36
MDU ilə Milli Hidrometeorologiya Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR14.07.2026 - 13:30
UNEC Zaqatala filialında tədris olunan ixtisaslar, keçid balları və təhsil haqları14.07.2026 - 13:25
Qarabağ Universitetində şöbə müdiri təyin edilib14.07.2026 - 13:21
MİQ imtahanlarının ilk günü: 95 faiz davamiyyət qeydə alınıb - FOTOLAR 14.07.2026 - 13:16
Slovakiya Prezidenti: Qarabağda tikiləcək məktəb slovak generalının adını daşıyacaq14.07.2026 - 13:12
"FotoBax" milli fotomüsabiqəsinə müraciətlər davam edir14.07.2026 - 13:07
DİM magistraturaya ixtisaslaşma seçimi ilə bağlı vacib məlumat yayıb14.07.2026 - 13:03
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edilib14.07.2026 - 10:55
Baş Qərvənddə yeni kənd məktəbinin təməli atılıb14.07.2026 - 10:46
“Son dönəmlərdə şagirdlərin idmana marağının azalmasının obyektiv və subyektiv səbəbləri ola bilər” - İdman eksperti Kənan Məstəliyev14.07.2026 - 10:41
Peter Pelleqrini: Ağdamda məktəb Slovakiyanın Milli Qəhrəmanının adını daşıyacaq14.07.2026 - 10:20
Yay Fest 2026-ya start verilib - FOTOLAR 14.07.2026 - 10:16
ADAU-da yeni Dissertasiya Şurası fəaliyyətə başlayıb14.07.2026 - 10:14
“Sərt gözəllik” sənədli filminin çəkilişləri başa çatmaq üzrədir14.07.2026 - 10:07
BDU “Siyasi analitika və strateji araşdırmalar” üzrə kadr hazırlığına başlayır14.07.2026 - 10:00