Təhsil 365 - Logo Mobile

BDU "Petrologiya" üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayır

15108.07.2026 - 07:57
BDU "Petrologiya" üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayır

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində “Petrologiya” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

BDU-dan “Tehsil365”ə bildirilib ki, “Petrologiya” geologiya elminin fundamental istiqamətlərindən biri olub, maqmatik, metamorfik və çökmə süxurların tərkibinin, quruluşunun, təsnifatının, yayılma qanunauyğunluqlarının və əmələgəlmə şəraitinin öyrənilməsi ilə məşğul olur. Bu elm Yer qabığında və mantiyada baş verən geoloji proseslərin mahiyyətinin araşdırılması əsasında Yerin geoloji inkişaf tarixinin, geodinamik təkamülün və faydalı qazıntı yataqlarının yaranma qanunauyğunluqlarının elmi izahında böyük əhəmiyyət kəsb edir. İxtisaslaşmanın əsas məqsədi magistrantlara süxurların əmələgəlmə mexanizmləri, mineral və kimyəvi tərkibi, struktur və tekstur xüsusiyyətləri, geodinamik mühitlə əlaqələri haqqında dərin nəzəri biliklər vermək, müasir analitik üsullardan istifadə etməklə süxurların genezini müəyyən edə bilən və geoloji prosesləri kompleks şəkildə təhlil edən yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.

Bu ixtisaslaşma magistrantlara süxurların genezisi, əmələgəlmə mexanizmləri, mineralogiyası, petroqrafik, geokimyəvi və struktur-textur xüsusiyyətləri, həmçinin onların müxtəlif geodinamik mühitlərlə əlaqələri haqqında dərin nəzəri biliklər və praktik bacarıqlar qazandıracaq. Proqram çərçivəsində magistrantlar müasir petroqrafik, mineraloji, geokimyəvi və analitik tədqiqat metodlarından istifadə etməklə süxurların mənşəyini müəyyənləşdirmək, onların formalaşma şəraitini qiymətləndirmək və geoloji prosesləri kompleks şəkildə təhlil etmək bacarıqlarına yiyələnəcəklər.

Tədris proqramı iki mərhələdən ibarətdir. Birinci mərhələdə petrologiyanın nəzəri əsasları, maqmatik proseslərin ümumi qanunauyğunluqları, maqmanın yaranma mənbələri və mexanizmləri, maqmatik ərintilərin təkamülü, kristallaşma və kristallaşma diferensiasiyası, həmçinin maqmatik sistemlərdə likvasiya, assimilyasiya, hibridləşmə və uçucu komponentlərin rolu öyrədilir. İkinci mərhələdə isə maqmatik süxurların mineral və kimyəvi xüsusiyyətləri, təsnifatı, geoloji yerləşmə formaları, petrogenetik proseslər, mantiya və Yer qabığında baş verən geodinamik hadisələr, süxurların mənşəyi və təkamülü geniş şəkildə tədris olunur.

Təhsil müddətində magistrantlar petrogenetik modelləşdirmə, termodinamik hesablamalar, geokimyəvi və izotop məlumatlarının interpretasiyası, laborator analizlər, eksperimental petrologiya üsulları və müasir kompüter proqramlarından istifadə bacarıqlarına yiyələnəcəklər.

İxtisaslaşma üzrə magistrantlara “Elmi tədqiqat metodologiyası”, “Akademik yazı və elmi kommunikasiya”, “Maqmatizm, geodinamika və filizəmələgəlmə”, “Petrologiya”, “Azərbaycanın maqmatizmi”, “Azərbaycanın filiz yataqları”, “Kontinentlərin fəal kənarlarının maqmatizmi”, “Hidrotermal proseslərin filizliliyi”, “Maqmatik süxurların petrologiyası”, “Maqmatik proseslərin geokimyası”, “Metamorfik və metasomatik süxurların petrologiyası”, “Geokimyəvi məlumatların interpretasiyası” və “Metasomatoz və filizəmələgəlmə” fənləri tədris ediləcək.

Tədris proqramı magistrantların müstəqil elmi tədqiqat aparmaq, geoloji nümunələrin laborator analizini həyata keçirmək, süxurların genezini və geodinamik şəraitini müəyyən etmək bacarıqlarının formalaşdırılmasına yönəlib. Bu hazırlıq gələcək mütəxəssislərə geoloji xəritələşdirmə, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı, geokimyəvi tədqiqatlar, elmi-tədqiqat institutları, geoloji xidmət təşkilatları, müasir analitik laboratoriyalar və ali təhsil müəssisələrində uğurla fəaliyyət göstərmək imkanı yaradacaq.

Kursun sonunda magistrantlar istehsalat və pedaqoji təcrübə keçəcək, petrologiya sahəsində yüksəkixtisaslı mütəxəssis kimi məzun olacaqlar.

Fidan Məmmədli

Xəbər Lenti

Üzümün ən sağlam hissəsi hansıdır?08.07.2026 - 09:43
Fortepiano ixtisası üzrə təlimlərə başlanılıb-FOTOLAR 08.07.2026 - 09:34
Yeni Klinikada pediatrik ürək əməliyyatlarının sayı artırılacaq08.07.2026 - 09:32
Yeni Klinikada müasir Tibbi Tədris-Simulyasiya Mərkəzi fəaliyyətə başlayıb08.07.2026 - 09:26
BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlayacaq08.07.2026 - 09:24
Sabah Azərbaycanda 35 dərəcəyədək isti hava gözlənilir08.07.2026 - 09:20
Finlandiya “onkoloji sunami”yə hazırlaşır08.07.2026 - 09:18
Pərvanə Vəliyeva: Tibbi Tədris-Simulyasiya Mərkəzi təhsillə real klinik praktika arasında mühüm körpü rolunu oynayacaq08.07.2026 - 09:14
Azərbaycan və Türkmənistan “Ana təbiət” beynəlxalq tədbirini birgə keçirəcək08.07.2026 - 09:13
“İdman menecmenti” üzrə ikili diplom proqramından 15 nəfər məzun olub-FOTOLAR08.07.2026 - 09:09
“Süni intellekt dini mövzularda faydalı ola bilər” - Hacı Təyyar Hüseynli08.07.2026 - 09:06
Gəncə Teatrı 130-cu mövsümünü “Zəhri-Mar” tamaşası ilə bağlayır08.07.2026 - 09:03
Bu universitetinin məzunu vəfat edib08.07.2026 - 08:58
Sabah şəhərətrafı ərazilərdə yağış yağacağ08.07.2026 - 08:47
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb08.07.2026 - 08:41
Azər Türk Bank”dan təhsil işçiləri üçün sərfəli istehlak kreditləri08.07.2026 - 08:35
Ersin Güzel: Azərbaycanlı gənclərin ən mühüm xüsusiyyəti onların Türk dünyası ideyasına güclü bağlılığıdır08.07.2026 - 08:31
Azərbaycanlı alim Misirdə təhsil sahəsindəki fəaliyyətlərinə görə təltif edilib-FOTO08.07.2026 - 08:24
Xırdalan məktəblisi Çin universitetinə qəbul olunub08.07.2026 - 08:21
Bəzi rayonlarda leysandır08.07.2026 - 08:07
BŞTİ yeni təmayül tədris modeli üzrə qeydiyyatı davam etdirir08.07.2026 - 07:53
Azərbaycanın “İqtisadi İslahatlar” jurnalı beynəlxalq elmi platformada təmsil olunacaq08.07.2026 - 07:47
Vahid türk hüququnun formalaşması prespektivləri müzakirə olunur08.07.2026 - 07:40
Yeni beynəlxalq koalisiya uşaqların AI mühitində hüquqlarını qorumağı hədəfləyir08.07.2026 - 07:38
Qədim süxurlar Yerin geoloji keçmişi ilə bağlı yeni faktlar ortaya qoyub08.07.2026 - 07:35
Kanada Azərbaycan Məktəbinin məzunları yüksək nəticələrlə xarici universitetlərə qəbul qazanıblar08.07.2026 - 07:30
Voleybol üzrə avrokuboklarda iştirak edəcək təmsilçilər müəyyənləşib08.07.2026 - 07:25
DİM ali təhsil müəssisələrinin sərgisini təşkil edəcək08.07.2026 - 07:07
Samuray arıları meşə zolaqlarına da buraxılıb08.07.2026 - 06:35
“İnsanın özünəinamı və psixoloji dayanıqlılığı, dünyanı necə görməsi ilk növbədə ailədə formalaşır.”- Yazar, psixoloq Rövşən Abdullaoğlu 08.07.2026 - 06:17
Fakültə dekanı WOAH-ın Avropa üzrə regional təlim seminarında 08.07.2026 - 05:59
UFAZ-da “Village Français 2026” peşəkar inkişaf proqramı keçirilib-FOTOLAR08.07.2026 - 05:51
Kitabxana-İnformasiya Mərkəzinin fondu yeni nəşrlərlə zənginləşdirilib08.07.2026 - 05:43
Çinin insanabənzər robot istehsalı 100 mini ötəcək08.07.2026 - 05:34
BDU-da “Bioinformatika” ixtisaslaşması açılır08.07.2026 - 05:21
Kainatın “körpəlik” dövründən gələn işıq aşkarlandı08.07.2026 - 05:05
"İncəsənət heç vaxt cəmiyyətdən ayrı olmayıb"-Xalq rəssamı Xanlar Əhmədov08.07.2026 - 04:51
Ağalıda tarixi gün: Doğma torpaqlarda həyat canlanır - VİDEO08.07.2026 - 04:41
OYU -da MBA proqramı üzrə yekun dövlət imtahanı keçirilib08.07.2026 - 04:27
ADNSU-da tələbələrin yerdəyişməsi prosesinə hazırlıq məqsədilə təlim keçirilib08.07.2026 - 04:15
“Cyber Summer School 2026”nın iştirakçıları voleybol turnirində qüvvələrini sınayıblar - FOTO08.07.2026 - 04:01
Argentina millisindən əzmkar qələbə07.07.2026 - 19:00
Fuad Nəbiyev yeni vəzifəyə təyin olundu.07.07.2026 - 18:55
Azərbaycandan Rumıniyaya ixrac olunan neftin həcmi məlum oldu07.07.2026 - 18:37
2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq07.07.2026 - 18:34
Uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik07.07.2026 - 18:24
Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edəcək07.07.2026 - 18:15