Sabah UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Vestri" oyunu ilə əlaqədar paytaxt metrosunda xüsusi iş rejimi tətbiq olunacaq.
“Tehsil365" xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, oyun ərəfəsində Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik" metrostansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə əlavə nəzarət tədbirləri görüləcək, köməkçi işçi qüvvəsi cəlb olunacaq.
Bundan başqa, matçdan sonra yaranacaq sərnişin sıxlığı nəzərə alınaraq "Nərimanov" və "28 May" metrostansiyalarında da ehtiyat tədbirləri həyata keçiriləcək.

