Rəqəmsal bacarıqlarını inkişaf etdirmək və veb-dizayn sahəsində bilik əldə etmək istəyənlər üçün yeni təlim proqramına qeydiyyat başlayıb.
“Tehsil365” xəbər verir ki, "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq həyata keçirilən layihə çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi veb-dizayner ixtisası üzrə ödənişsiz qısamüddətli təlim proqramına start verib.
Təlim 20 iyul 2026-cı il tarixində başlayacaq. Təlimlər həftədə 3 gün olmaqla 1 ay müddətində davam edəcək və hər gün saat 18:00-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunacaq.
Təlim proqramını uğurla başa vuran iştirakçılara dövlət nümunəli sertifikat təqdim ediləcək.
Qeydiyyatdan keçmək üçün namizədlər portal.edu.az saytına daxil olaraq "Qısamüddətli təlim" bölməsini seçməli, daha sonra "Veb-dizayner" ixtisası üzrə qeydiyyatdan keçməlidirlər.

