AzTU-nun beynəlxalq əməkdaşlıq proqramları tələbələr üçün yeni təhsil imkanları yaratmağa davam edir. Bu proqramlardan biri də magistratura səviyyəsində həyata keçirilən ikili diplom layihəsidir.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) ilə İsrailin Bar-İlan Universiteti arasında nanoelektronika ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı həyata keçirilir.
Proqram Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə təşkil olunur və tədris ingilis dilində aparılır. Təhsil müddətində tələbələr həm Bakı, həm də Tel-Əviv şəhərlərində təhsil almaq imkanı əldə edirlər.
Proqramı uğurla başa vuran məzunlara həm AzTU-nun, həm də Bar-İlan Universitetinin diplomu təqdim olunur.
Bundan əlavə, iştirakçılar nanoelektronika və çip dizaynı sahəsində müasir bilik və bacarıqlar qazanır, beynəlxalq akademik mühitdə təcrübə toplayaraq gələcək karyera imkanlarını genişləndirirlər.

