Ali təhsil müəssisəsini yaxından tanımaq və ixtisas seçimi ilə bağlı ətraflı məlumat əldə etmək istəyən abituriyentlər üçün UNEC-də "Açıq qapı" günü təşkil olunacaq.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında 10 iyul saat 11:00-da abituriyentlər (11-ci sinif məzunları) və onların valideynləri üçün "Açıq qapı" günü keçiriləcək.
Tədbirdə iştirakçılar universitetin tədris prosesi, təklif olunan ixtisaslar, qəbul qaydaları, beynəlxalq imkanlar, tələbə həyatı və digər üstünlüklər barədə ətraflı məlumat əldə edəcəklər.
Bundan əlavə, abituriyentlər universitet nümayəndələri və müəllimlərlə birbaşa ünsiyyət quraraq suallarını cavablandırmaq, həmçinin gələcək ixtisas seçimi ilə bağlı peşəkar məsləhətlər almaq imkanı qazanacaqlar.

