Bu ilin birinci yarımili ərzində 306 şəxsin Azərbaycana readmissiyası həyata keçirilib.
Bu barədə “Tehsil 365”in sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, proses Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.
Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.

