Türkiyə və Böyük Britaniya Ankarada keçirilən NATO sammiti çərçivəsində təhlükəsizlik və müdafiə tərəfdaşlığı müqaviləsi imzalayıblar.
“Tehsil 365” xəbər verir ki, iki ölkə arasında imzalanmış müqavilənin şərtləri ilə bağlı açıqlama verilməyib.
Tərəflərdən əldə olunan məlumata görə, müqavilə çəkindirmə, müdafiə, hərbi texnologiya, kibertəhlükəsizlik, hibrid təhdidlərə, terrorizmə qarşı mübarizə, dayanıqlılığın artırılması və kosmik sahələrdə əməkdaşlığı əhatə edir.

