"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.
“Tehsil 365” xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" komandasını qəbul edib.
Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.
32-ci dəqiqədə Ruan Renato hesabı açıb. 48-ci dəqiqədə David Volkov fərqi iki topa çatdırıb. 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Renato dubl müəllifi olub.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
21:19
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında ikinci qol vurulub.
“Tehsil 365” xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.
Ruan Renato 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
21:05
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında ikinci qol vurulub.
"Tehsil 365” xəbər verir kiAzərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
David Volkov 48-ci dəqiqədə fərqlənib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
21:01
UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki "Zirə" - "Torpedo" (Gürcüstan) oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hesabra öndədir - 1:0.
Braziliyalı müdafiəçi Ruan Renato 32-ci dəqiqədə fərqlənib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
20:46
UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki "Zirə" - "Torpedo" (Gürcüstan) oyununda ilk hissə başa çatıb.
“Tehsil 365 “ xəbər verir ki,Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0.
Braziliyalı müdafiəçi Ruan Renato 32-ci dəqiqədə fərqlənib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
20:33
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında hesab açılıb.
“Tehsil 365” xəbər verir ki, Azərbaycan təmsilçisi rəqib qapısına yol tapıb.
Braziliyalı müdafiəçi Ruan Renato 32-ci dəqiqədə adını tabloya yazdırıb.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
20:00
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) oyunu başlayıb.
“Tehsil 365” xəbər verir ki, qarşılaşma Sumqayıt şəhər stadionunda keçirilir.
Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiyadır.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

