Bu ildən Mingəçevir Dövlət Universitetində informasiya təhlükəsizliyi ixtisası üzrə tədris ingilis dilində də aparılacaq.
“Tehsil 365 xəbər verir ki,bunu universitetin rektoru Anar Eminov Mingəçevirdə "Cyber Summer School 2026" yay düşərgəsinin açılışında deyib.
O qeyd edib ki, rəhbərlik etdiyi universitet yay düşərgəsinin əsas tərəfdaşlarından biridir.
Rektorun sözlərinə görə, yay məktəbinin məhz Mingəçevirdə keçirilməsi xüsusi əhəmiyyət daşıyır:
"Hazırda Mingəçevir Dövlət Universitetində 118 tələbə informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alır. Bu ildən etibarən həmin ixtisas üzrə universitetdə ingilis dilində tədrisə də başlanılacaq".
A. Eminov vurğulayıb ki, düşərgədə gənclərlə yanaşı sənaye nümayəndələrinin də iştirak etməsi onların qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradır və gələcəkdə peşəkar kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanmasına mühüm töhfə verəcək.

