Təhsil 365 - Logo Mobile

Süni intellektin ən çox təsir edəcəyi peşələr açıqlanıb

14409.07.2026 - 04:31
Süni intellektin ən çox təsir edəcəyi peşələr açıqlanıb

Avstraliya hökuməti süni intellektin əmək bazarına təsiri ilə bağlı ilk milli hesabatını dərc edib. Hesabatda bildirilir ki, intellektual əmək sahəsində çalışan işçilər daha çox risk altındadırlar, fiziki əməklə məşğul olanlar isə bu texnologiyalara qarşı daha az həssasdırlar.

“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, Avstraliya İş və Bacarıqlar Təşkilatının (JSA) hesabatına əsasən, süni intellektin ən yüksək potensial təsirinə çağrı mərkəzi əməkdaşları, mühasiblər, reklam və marketinq mütəxəssisləri, ofis işçiləri, administratorlar, pərakəndə satış menecerləri və proqramçılar məruz qalır. Tədqiqat müəllifləri qeyd edirlər ki, bu peşələrdə daha çox qadınlar və ali təhsilli şəxslər çalışır.

Fiziki əmək tələb edən işlər, eləcə də praktik bacarıqlar və ixtisaslaşmış peşə təhsili tələb edən sahələr süni intellektə ən dözümlü peşələr kimi müəyyən edilib. Bunlara elektrikçilər, tikinti işçiləri, yük maşını sürücüləri, yaşlılara qulluq edənlər, təmizlik işçiləri və bağbanlar daxildir.

Sənəddə vurğulanır ki, süni intellekt səbəbindən Avstraliyada hələlik iş yerlərinin genişmiqyaslı itirilməsi müşahidə olunmayıb. Buna baxmayaraq, yüksək avtomatlaşdırma potensialına malik peşələrdə məşğulluq digər sektorlara nisbətən daha yavaş artır. Məsələn, 2022-ci ilin sonundan 2026-cı ilin əvvəlinə qədər süni intellektə ən az həssas peşələrdə çalışan işçilərin sayı 9,5 faiz artdığı halda, ən çox təsirlənən sahələrdə bu artım cəmi 5,6 faiz təşkil edib.

Avstraliyanın məşğulluq naziri Amanda Rişvort bildirib ki, hökumət süni intellektdən mövcud iş yerlərini ixtisar etmək üçün deyil, yeni imkanlar yaratmaq məqsədilə istifadə etmək niyyətindədir. O, həmçinin dövlətin vətəndaşların əmək bazarındakı dəyişikliklərə uyğunlaşmasına kömək etmək üçün təlim və yenidən ixtisasartırma proqramlarına investisiya qoymağa davam edəcəyini vurğulayıb.

Nuray Babayeva

Xəbər Lenti

ATMU-da 2026/2027-ci tədris ili üçün onlayn qəbul müsahibələri başlayıb - FOTOLAR17.07.2026 - 16:43
“Psixoloji sağlamlıq təhsilin bir hissəsi olmalıdır” – Psixoloq Mirsadiq Muxtarov17.07.2026 - 16:16
“Mükəmməl olmaq üçün bir yerdən başlamalıyıq” – Murad Hümbətovla müsahibə17.07.2026 - 15:48
Psixoloji sağlamlığı necə qorumaq lazımdır? - Mirsadiq Muxtarov17.07.2026 - 15:39
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır17.07.2026 - 15:32
VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib17.07.2026 - 15:21
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib17.07.2026 - 15:16
Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramına start verilir17.07.2026 - 15:01
II ixtisas qrupu üzrə ən yüksək nəticəni Zamin Kərimov göstərib17.07.2026 - 14:30
Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb - FOTOLAR17.07.2026 - 14:24
UNEC-də abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək17.07.2026 - 14:15
BDU tələbələri beynəlxalq "IT SkillSprint" proqramını uğurla tamamladı - FOTOLAR17.07.2026 - 14:10
SDU-dan beynəlxalq tələbələrə yeni təhsil imkanı 17.07.2026 - 13:53
Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar17.07.2026 - 13:47
Qəbul imtahanında maksimum bal toplayanlar17.07.2026 - 13:42
Məktəbəhazırlıq qruplarına məktəb seçimi başlayır17.07.2026 - 13:38
AzTU-nun 20 tədris proqramı beynəlxalq akkreditasiyadan keçib17.07.2026 - 13:35
700 bal toplayan Zərifə İlyasovanın yeni hədəfi: Süni intellekt sahəsində inkişaf etmək17.07.2026 - 13:33
Dermatoloq dəriyə qulluq zamanı ən çox edilən səhvləri açıqladı17.07.2026 - 13:29
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olundu17.07.2026 - 13:28
AzTU-da Rəqəmsal Transformasiya Şurasının iclası keçirilib - FOTOLAR17.07.2026 - 13:23
“Yüksəliş” müsabiqəsində qadın iştirakçıların sayının az olduğu bildirilib17.07.2026 - 13:17
Azərbaycanlı doktorant Edqar Şahbazovdan mühüm biotexnologiya modeli17.07.2026 - 13:13
"Müasir Azərbaycan ədəbiyyatında yeni mövzulara ehtiyac var" - Rövşən Abdullaoğlu17.07.2026 - 13:07
NDU və Con Fon Neyman Universitetindən ikili diplom imkanı17.07.2026 - 13:03
Vasif Qurbanzadə: Şuşadakı Vaqif Poeziya Günlərində “Kitab dayanacağı” köşkü istifadəyə veriləcək17.07.2026 - 08:12
Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu başlayıb17.07.2026 - 08:07
Azərbaycan xoru İstanbul Beynəlxalq Xor Festivalında uğurla çıxış edib17.07.2026 - 07:39
Azərbaycan Universiteti qəbul planını əmək bazarının tələblərinə uyğun formalaşdırıb17.07.2026 - 07:33
Çinin Ay missiyaları ADU-da keçirilən mühazirənin mövzusu olub17.07.2026 - 07:29
Şuşada “Sözün aşığı, sazın aşiqi” adlı tədbir təşkil olunub17.07.2026 - 07:20
Şanxayda Dünya Süni İntellekt Əməkdaşlığı Təşkilatı yaradılıb17.07.2026 - 07:06
“Korreksiyaedici təlim ən məsuliyyətli peşələrdən biridir” – ADPU tələbəsi17.07.2026 - 06:45
“Gənclərin dini və mənəvi problemləri” çox ciddi mövzudur. Həddindən artıq aktual bir mövzudur-İlahiyyatçı Təyyar Hüseynli17.07.2026 - 06:15
ABŞ tələbə vizasının verilmə qaydalarını sərtləşdirir17.07.2026 - 05:58
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq17.07.2026 - 05:50
ADU-da nəticəyönümlü tədrisə dair təlim keçirilib17.07.2026 - 05:41
"Bəzən universitetin və ixtisasın düzgünlüyü nəticənin uğurlu olmasına gətirib çıxarmır"-Təhsil eksperti Elçin Süleymanov17.07.2026 - 05:30
ADNSU-da UI GreenMetric 2026 çərçivəsində beynəlxalq elmi konfrans keçiriləcək17.07.2026 - 05:11
"Xaricdə təhsil seçimi yalnız universitetin reytinqinə və ya ölkənin populyarlığına əsaslanmamalıdır"- Təhsil tədqiqatçısı Böyükağa Mikayıllı17.07.2026 - 04:55
Rektor Nurəli Yusifbəyli “Yay Fest 2026” çərçivəsində keçirilən panel müzakirədə iştirak edib17.07.2026 - 04:43
ADNSU beynəlxalq akkreditasiya sahəsində uğurlarını davam etdirir17.07.2026 - 04:37
BMU tələbələri Pekində süni intellekt və mədəni irs tədbirlərinə qatılıblar17.07.2026 - 04:29
I kurs tələbəsi vəfat etdi17.07.2026 - 04:20
"Xaricdə təhsil sizə düşündüyünüzdən də çox təcrübələr qatacaq"- INHA məzunu Jalə Kərimli17.07.2026 - 04:12
Vətəndaş müraciətlərinin statistikası17.07.2026 - 04:03
"Zəfər" yay düşərgəsi keçiriləcək16.07.2026 - 18:55
Müdafiə sənayesi naziri AzTU rektoruna təşəkkürnamə təqdim etdi16.07.2026 - 18:15