“UNEC-in bir çox universitetlərlərlə ikili diplom və mübadilə proqramları var”.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında UNEC-in şöbə müdiri Elnarə Məmmədova deyib.
“Məsələn Fransanın Montpellier universiteti ilə ikili diplom proqramımız var. Bu il 20 nəfər məzun oldu. Hər il onlarla tələbəmiz oradan məzun olur. Bundan başqa Türkiyənin Ege universiteti ilə qida mühəndisliyi ixtisası üzrə ikili diplom proqramımız var”.
Onun sözlərinə görə, tələbələr 1-ci kursu UNEC-də təhsil alırlar, 2-ci 3-cü kursu Türkiyənin Ege universitetində, 4-cü kursu isə UNEC-də təhsil alaraq məzun olduq da həm UNEC-in, həm də Ege universitetinin diplomunu alırlar. Fransanın Montpellier universiteti üçün isə 1-ci və 2-ci kursu UNEC-də oxuyurlar sonra 3-cü kursu Fransanın Montpellier universitetində, 4-cü kursu isə UNEC-də təhsil alaraq məzun olduqda hər iki universitetin diplomunu əldə edirlər.
“Bundan başqa Özbəkistan, Qırğızıstan, Latviya, İsveçrə və digər ölkələrlə ikili diplom və mübadilə proqramlarımız var. Bu həm MDB ölkələrinə, həm də Avropa ölkələrinə aiddir. Tələbələrimiz aktiv şəkildə iştirak edirlər. Elan zamanı biz paylaşırıq. Bu yaz və payız semestrlarında olur və tələbələr müraciət edərək xaricdə təhsil almaq imkanı qazanırlar. Mübadilə proqramları 1 semestrı əhatə edir, ikili diplom proqramları isə 1 və ya 2 tədris ilini”-deyə Elnarə Məmmədova qeyd edib.

