Təhsil 365 - Logo Mobile

Şair Seyid Əzim Şirvaninin doğum günüdür

14509.07.2026 - 05:12
Şair Seyid Əzim Şirvaninin doğum günüdür

Azərbaycanın görkəmli şairi, maarifçi və pedaqoqu Seyid Əzim Şirvaninin doğum günüdür.

“Tehsil365” Oxu.az-a istinadən xəbər verir ki, Seyid Əzim Şirvani 1835-ci il iyulun 9-da Şamaxının "Qalabazar" məhəlləsində anadan olub.

Yeddi yaşında ikən atasını itirib və Dağıstanın Yaqsay kəndində yaşayan, dindar kimi fəaliyyət göstərən ana babası molla Hüseynin himayəsində böyüyüb. İbtidai təhsilini orada alan Seyid Əzim 1853-cü ildə Şamaxıya qayıdıb. Üç il sonra 21 yaşlı gənc ruhani təhsili almaq üçün İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə gedib. Dünyəvi elmlərə böyük maraq göstərən gənc Seyid Əzim 1857-ci ildə yenidən Məkkə, Mədinə, Misir və Suriyaya səyahət edib, 50-ci illərin sonunda vətənə qayıdıb. O, ruhani olmaq fikrindən dönüb və məktəbdarlıqla məşğul olub.

"Əkinçi" qəzetinin nəşrini sevinclə qarşılayan şair şeirlərinin bir qismini burada çap etdirib. "Əkinçi" bağlandıqdan sonra "Ziya", "Ziyayi-Qafqaziyyə" qəzetləri ilə əməkdaşlıq edib.

Seyid Əzim 1877-ci ildə Şamaxıdakı məktəbdə Azərbaycan dili və şəriət müəllimi kimi fəaliyyətə başlayıb, qısa fasilələrlə ömrünün sonuna qədər orada işləyib. 1878-ci ildə "Rəbiül-ətfal" (Uşaqların baharı) adlı dərsliyini tamamlayıb.

19-cu əsrin sonuna doğru Seyid Əzim Şamaxıda yeni üsulla "Məclis" adlı bir məktəb açıb. Seyid Əzimin bu məktəbində köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədilir və müasir elmlərdən ibtidai məlumat verilib.

Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində dərs alıblar.

Şairin bədii irsi Azərbaycanca və farsca iki böyük külliyyatdan ibarətdir. Yaradıcılığının çox hissəsini lirik janrda yazılan qəzəllər, öyüd, təmsil və didaktiv mahiyyət daşıyan mənzum hekayələr, düzlük, mərdlik, mətanət, məzlumlara kömək və sair kimi gözəl və nəcib əməlləri əks etdirən şeirlər təşkil edir. İctimai mahiyyət daşıyan satiraları da Seyid Əzimin yaradıcılığında mühüm yer tutur. Onu dövrünün böyük realist şairi kimi tanıdan "Dəli Şeytan", "Məkri-zənan", "Yerdəkilərin göyə şikayəti", "Bəlx qazisi və xarrat", "Elmsiz alim" və sair satiralarıdır.

Maarif sahəsindəki xidmətlərinə görə 1887-ci ildə "Za userdiye" medalı ilə təltif olunub. Maddi ehtiyac içində yaşayan şair medalı yalnız ölümündən 10 gün əvvəl, 1888-ci ilin mayında alıb. Mayın 20-də dünyasını dəyişən şair öz vəsiyyəti ilə Şamaxının Şaxəndan qəbiristanlığında dəfn olunub.

Nuray Babayeva

Xəbər Lenti

Kapital Bank yeni istiqraz buraxılışına abunəni elan etdi09.07.2026 - 11:01
Meyvə şirələri istehsalında pozuntular aşkarlandı09.07.2026 - 10:55
“Müasir dövrdə bəzi uşaqlarda böyüklərə qarşı aqressiv davranşıların artması tək bir səbəblə izah oluna bilməz” - Psixoloq Zeynəb Əyyubova09.07.2026 - 10:50
“Ədibin Evi” xarici diplomatlar üçün yeni mədəniyyət kursuna start verir09.07.2026 - 10:31
MİQ imtahanları bu tarixlərdə keçiriləcək09.07.2026 - 10:25
Azərbaycanlı müğənninin ölkədən çıxışına qadağa qoyuldu09.07.2026 - 10:22
Kembric Universitetinin Bakıda ilk rəsmi təhsil nümayəndəliyi açılıb09.07.2026 - 10:17
BMU magistratura üzrə qəbul planını açıqlayıb09.07.2026 - 10:11
Bu il BDU-da 493 tələbə SABAH məzunu olur09.07.2026 - 10:08
Məşhur britaniyalı müğənni vəfat edib09.07.2026 - 09:53
Şəhid övladları üçün təşkil olunan “Əmanətə Sədaqət” düşərgəsi yekunlaşıb09.07.2026 - 09:49
Əmək bazarı terminlərinin izahlı lüğəti ictimaiyyətə təqdim edilib09.07.2026 - 09:37
Stolüstü tennis millimiz Avropa çempionatına yollanır09.07.2026 - 09:29
“Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi olub-FOTOLAR09.07.2026 - 09:27
Vüsalə Kazımova Millətlər Liqasında FIVB-ni tibbi nümayəndə kimi təmsil edəcək09.07.2026 - 09:23
“İki sahil” qəzeti 35 illik yubileyini qeyd edir09.07.2026 - 09:14
Azərbaycan Gürcüstanda keçiriləcək beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq09.07.2026 - 09:08
Azərbaycan səhiyyəsində yeni uğur - mürəkkəb mikrocərrahi əməliyyat ilk dəfə tətbiq edilib-FOTOLAR09.07.2026 - 09:06
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır-FOTOLAR09.07.2026 - 09:02
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq09.07.2026 - 08:57
Gənclər Kitabxanası Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlayıb09.07.2026 - 08:53
FHN ağır yol-nəqliyyat və suda boğulma hadisələri üzrə təlim keçirib-FOTOLAR09.07.2026 - 08:49
Türkiyənin Qars şəhərində qarapapaq türklərinin irsi müzakirə olunub-FOTOLAR09.07.2026 - 08:46
Beynəlxalq Muğam Mərkəzinin direktoru: Yeni mövsümdə klassik aşıq dastanları təqdim olunacaq09.07.2026 - 08:39
Sabah 37 dərəcə isti olacaq09.07.2026 - 08:33
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı-FOTOLAR09.07.2026 - 08:28
Azərbaycanı stolüstü tennis üzrə Avropa çempionatında 10 idmançı təmsil edəcək09.07.2026 - 08:22
Astrofiziklər Günəşdən trilyon dəfə parlaq 31 kvazar aşkar ediblər09.07.2026 - 08:17
Ümumdünya Tütünsüz Günü münasibətilə stomatoloqların elmi-praktik konfransı təşkil olunub-FOTOLAR09.07.2026 - 08:13
Rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrindəki islahatlara dair ictimai dinləmə təşkil edilib-FOTOLAR09.07.2026 - 08:06
Bakı Bələdiyyə Teatrı mövsümü İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşası ilə başa vurub-FOTOLAR 09.07.2026 - 08:00
80-dək müəllim "Süni intellekt və STEAM inteqrasiyası" proqramına qatılıb 09.07.2026 - 07:50
Beynəlxalq İslam Sivilizasiyası Forumunda Azərbaycan-Özbəkistan qardaşlığından bəhs edən kitab təqdim edilib 09.07.2026 - 07:41
Azərbaycanlı alimlərin məqaləsi Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub09.07.2026 - 07:38
“Kutadqu Bilik”in pedaqoji ideyalarının müasir təhsildə tətbiqi elmi məqalədə təhlil edilib09.07.2026 - 07:24
Türk dövlətlərinin media nümayəndələri Daşkənd forumunda bir araya gəliblər09.07.2026 - 07:20
Süni intellekdən ən çox təsirlənəcək peşələr müəyyənləşib09.07.2026 - 07:15
Məktəbəqədər təhsil müəssisələrinə qəbul artıq "mygov"platforması üzərindən aparılır09.07.2026 - 07:08
Kiber yay düşərgəsi çərçivəsində iştirakçılar veloturda bir araya gəliblər09.07.2026 - 07:03
Mingəçevirdə keçirilən "Cyber Summer School 2026"da kibertəhlükəsizlik təlimləri davam edir09.07.2026 - 06:57
"Neftçi SOCAR" bu gün Dünya Qadın Seriyasındakı ilk oyununa çıxacaq09.07.2026 - 06:48
DİM təsviri sənət üzrə qabiliyyət imtahanlarının nəticələrinə apellyasiya müraciətlərini qəbul edir09.07.2026 - 06:37
Son illər xüsusilə gənclər arasında anksiyete və panik ataklarla bağlı müraciətlər artıb- Psixoloq Nizami Orucov09.07.2026 - 06:15
Abşeron-Xızı Regional Təhsil İdarəsi və Sumqayıt Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində təlim keçirilib09.07.2026 - 05:59
ADU-da “Əmək bazarı” mövzusunda görüş keçirilib09.07.2026 - 05:49
Qarabağ Universitetinin Klinikası milyonluq tender elan etdi09.07.2026 - 05:42
AZİ Akademiyanın təşkilatçılığı ilə “Akademik məsləhətçi təkmilləşdirmə” təlim proqramının yekun qiymətləndirilməsi keçirilib09.07.2026 - 05:39