AZİ Akademiyanın təşkilatçılığı ilə “Akademik məsləhətçi təkmilləşdirmə” təlim proqramının yekun qiymətləndirilməsi keçirilib.
ADNSU-dan “Tehsil365” ə bildirilib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnsan Resursları Departamentinin nəzdində fəaliyyət göstərən AZİ Akademiyanın təşkilatçılığı ilə akademik məsləhətçilərin (tyutorların) peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunan “Akademik məsləhətçi (tyutor) təkmilləşdirmə” təlim proqramının yekun qiymətləndirilməsi keçirilib.
Təlim proqramı çərçivəsində iştirakçılar akademik məsləhətçilik fəaliyyəti, tələbələrlə səmərəli kommunikasiya, akademik dəstək mexanizmləri, etik davranış prinsipləri və tələbəyönümlü xidmətlərin təşkili istiqamətində nəzəri və praktiki biliklər əldə ediblər.
Yekun qiymətləndirmə zamanı iştirakçıların təlim müddətində qazandıqları bilik və bacarıqlar qiymətləndirilib, onların akademik məsləhətçi (tyutor) kimi peşəkar bilik və bacarıqlarının inkişaf səviyyəsi müəyyən edilib.
Proqram iştirakçılara əldə etdikləri bilikləri praktik fəaliyyətlərində tətbiq etmək, tələbələrə göstərilən akademik dəstəyin keyfiyyətini yüksəltmək və universitetdə tədris prosesinin daha səmərəli təşkilinə töhfə vermək imkanı yaradıb.

