Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxsi (PHŞ) məişət avadanlıqlarının satın alınması ilə bağlı açıq tender elan edib.
“Tehsil365” Oxu.az-a istinadən xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 1 milyon 133 min 262 manat 91 qəpik təşkil edir.
Müvafiq sənədə əsasən, satınalma çərçivəsində klinika üçün müxtəlif məişət və təsərrüfat təyinatlı avadanlıqların alınması nəzərdə tutulur.
Siyahıya su motorları, qar təmizləyicisi, mini traktor, benzinlə işləyən otbiçən və kolkəsən, sənaye tipli paltaryuyan maşınlar və digər avadanlıqlar daxildir.

