Təhsil 365 - Logo Mobile

ADU-da “Əmək bazarı” mövzusunda görüş keçirilib

14209.07.2026 - 05:49
ADU-da “Əmək bazarı” mövzusunda görüş keçirilib

İyulun 8-də Azərbaycan Dillər Universitetinin (ADU) Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının, Filologiya fakültəsinin və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə "Əmək bazarı" mövzusunda görüş keçirilib.

ADU-dan “Tehsil365” ə bildirilib ki, Görüşün əsas məqsədi bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələrin əmək bazarının müasir tələbləri barədə məlumatlandırılması, onların peşə hazırlığının gücləndirilməsi, karyera imkanlarının genişləndirilməsi, eləcə də ali təhsil müəssisələri ilə elmi-təhsil qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi olub.

Tədbiri giriş sözü ilə Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Şahin Xəlilli açaraq iştirakçıları salamlayıb, belə görüşlərin tələbələrin gələcək peşəkar fəaliyyətində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Həmidə Əliyeva çıxış edərək müasir əmək bazarının ali təhsil qarşısında qoyduğu tələblərdən, elmi biliklərin praktik bacarıqlarla uzlaşdırılmasının vacibliyindən, həmçinin gənc mütəxəssislərin rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində universitetdə həyata keçirilən fəaliyyətlərdən bəhs edib.

Görüşdə Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Gilə Hüseynli filologiya ixtisası üzrə təhsil alan tələbələrin peşə perspektivləri, əmək bazarında uğur qazanmaq üçün zəruri kompetensiyalar və akademik hazırlığın əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Görüş Bakı Avrasiya Universitetinin Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Kekeçin, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyovanın, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Əsədovun və ADU-nun Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nicat Aşurovun çıxışları ilə davam edib.

Çıxışlarda müasir əmək bazarında filoloqlar üçün mövcud imkanlar, işəgötürənlərin gözləntiləri, karyera planlaşdırılması, təcrübə proqramlarının əhəmiyyəti, eləcə də gənclərin peşəkar inkişafına dəstək verən mexanizmlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, ali təhsil müəssisələri ilə elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsinin və tələbələrin əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasının vacibliyi xüsusi vurğulanıb.

Görüş interaktiv müzakirələrlə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb, gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Nuray Babayeva

Xəbər Lenti

Azərbaycanı stolüstü tennis üzrə Avropa çempionatında 10 idmançı təmsil edəcək09.07.2026 - 08:22
Astrofiziklər Günəşdən trilyon dəfə parlaq 31 kvazar aşkar ediblər09.07.2026 - 08:17
Ümumdünya Tütünsüz Günü münasibətilə stomatoloqların elmi-praktik konfransı təşkil olunub-FOTOLAR09.07.2026 - 08:13
Rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrindəki islahatlara dair ictimai dinləmə təşkil edilib-FOTOLAR09.07.2026 - 08:06
Bakı Bələdiyyə Teatrı mövsümü İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşası ilə başa vurub-FOTOLAR 09.07.2026 - 08:00
80-dək müəllim "Süni intellekt və STEAM inteqrasiyası" proqramına qatılıb 09.07.2026 - 07:50
Beynəlxalq İslam Sivilizasiyası Forumunda Azərbaycan-Özbəkistan qardaşlığından bəhs edən kitab təqdim edilib 09.07.2026 - 07:41
Azərbaycanlı alimlərin məqaləsi Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub09.07.2026 - 07:38
“Kutadqu Bilik”in pedaqoji ideyalarının müasir təhsildə tətbiqi elmi məqalədə təhlil edilib09.07.2026 - 07:24
Türk dövlətlərinin media nümayəndələri Daşkənd forumunda bir araya gəliblər09.07.2026 - 07:20
Süni intellekdən ən çox təsirlənəcək peşələr müəyyənləşib09.07.2026 - 07:15
Məktəbəqədər təhsil müəssisələrinə qəbul artıq "mygov"platforması üzərindən aparılır09.07.2026 - 07:08
Kiber yay düşərgəsi çərçivəsində iştirakçılar veloturda bir araya gəliblər09.07.2026 - 07:03
Mingəçevirdə keçirilən "Cyber Summer School 2026"da kibertəhlükəsizlik təlimləri davam edir09.07.2026 - 06:57
"Neftçi SOCAR" bu gün Dünya Qadın Seriyasındakı ilk oyununa çıxacaq09.07.2026 - 06:48
DİM təsviri sənət üzrə qabiliyyət imtahanlarının nəticələrinə apellyasiya müraciətlərini qəbul edir09.07.2026 - 06:37
Son illər xüsusilə gənclər arasında anksiyete və panik ataklarla bağlı müraciətlər artıb- Psixoloq Nizami Orucov09.07.2026 - 06:15
Abşeron-Xızı Regional Təhsil İdarəsi və Sumqayıt Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində təlim keçirilib09.07.2026 - 05:59
Qarabağ Universitetinin Klinikası milyonluq tender elan etdi09.07.2026 - 05:42
AZİ Akademiyanın təşkilatçılığı ilə “Akademik məsləhətçi təkmilləşdirmə” təlim proqramının yekun qiymətləndirilməsi keçirilib09.07.2026 - 05:39
Şair Seyid Əzim Şirvaninin doğum günüdür 09.07.2026 - 05:12
"Tələbələr müraciət edərək xaricdə təhsil almaq imkanı qazanırlar"-UNEC-in şöbə müdiri Elnarə Məmmədova09.07.2026 - 05:01
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ - VİDEO09.07.2026 - 04:49
“XVII UNEC Karyera və Əmək Yarmarkası”nın könüllüləri mükafatlandırılıb-FOTOLAR09.07.2026 - 04:42
Süni intellektin ən çox təsir edəcəyi peşələr açıqlanıb09.07.2026 - 04:31
AZİ Akademiyanın təşkilatçılığı ilə “Akademik məsləhətçi təkmilləşdirmə” təlim proqramının yekun qiymətləndirilməsi keçirilib09.07.2026 - 04:25
Bu gün Azərbaycanda Diplomatiya Günüdür09.07.2026 - 04:20
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...09.07.2026 - 04:11
“OpenAI” şirkəti yeni “GPT-5.6” süni intellekt modelini sabah ümumi istifadəyə verəcək09.07.2026 - 04:02
Müasir dövrdə gənclər və tələbələr arasında ürək-damar xəstəliklərinin (və ya qəfil infarktların) artmasının əsas tibbi səbəbi nədir və ondan qorunmaq üçün 3 ən vacib qayda hansıdır?08.07.2026 - 19:37
Müasir insanda ən çox rast gəlinən psixoloji problemlər hansıdır? Və bununla effektiv mübarizə aparmaq üçün 3 əsas qızıl qayda hansılardır?08.07.2026 - 19:21
Mərkəzi Aran bölgəsinin "Örnək müəllim"ləri - ADLAR08.07.2026 - 18:59
5 ildən sonra dünya dəyişəcək, bir sıra ixtisaslara ehtiyac qalmayacaq - Natiq Cəfərlinin “Təhsil Resepti”08.07.2026 - 18:54
Direktorların işə qəbulu üçün müddət uzadıldı08.07.2026 - 18:46
Mingəçevir Universitetinin rektoru: İnformasiya təhlükəsizliyi ixtisası üzrə ingilis dilində də tədris olacaq08.07.2026 - 18:41
Bağçalara elektron qəbul başlayıb08.07.2026 - 18:31
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB 708.07.2026 - 18:12
NATO sammiti gələn il Albaniyada keçiriləcək08.07.2026 - 18:00
SABAH qrupları Azərbaycan ali təhsil sisteminin brendinə çevrilib - Emin Əmrullayev08.07.2026 - 17:47
Türkiyə və Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə tərəfdaşlığı müqaviləsi imzalanıb08.07.2026 - 17:38
Azərbaycan və Əlcəzair arasında Birgə Komissiyanın tərkibi təsdiqlənib08.07.2026 - 17:29
Bu ilin birinci yarımilində 306 nəfər Azərbaycana geri qaytarılıb08.07.2026 - 17:22
İran ordusu 8 hərbçinin həlak olduğunu açıqladı08.07.2026 - 17:15
Abituriyentlər diqqət! İmtahan stressini aradan qaldırmağın yolları – Psixoloqdan açıqlama08.07.2026 - 15:51
Tələbə həyatında psixoloji sağlamlıq: Nəyə diqqət etməli?08.07.2026 - 15:13
UNEC abituriyentlər üçün "Açıq qapı" günü keçirəcək08.07.2026 - 14:49
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminin başlanacağı tarix açıqlanıb08.07.2026 - 14:32