Təhsil 365 - Logo Mobile

Türk dövlətlərinin media nümayəndələri Daşkənd forumunda bir araya gəliblər

14509.07.2026 - 07:20
Türk dövlətlərinin media nümayəndələri Daşkənd forumunda bir araya gəliblər

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyi və Özbəkistan Jurnalistlər İttifaqının birgə təşkilatçılığı ilə "Türk dünyasında mənəvi dirçəliş və informasiya təhlükəsizliyi" mövzusunda beynəlxalq forum keçirilib.

"Tehsil365” xəbər verir ki, forum Özbəkistan Prezident Administrasiyasının Kontent Mərkəzində təşkil olunub.

Tədbirdə Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan media nümayəndələri, akademiklər, jurnalistika fakültələrinin professorları və gənc jurnalistlər iştirak ediblər. Forum çərçivəsində türk dövlətlərinin media sektorunun mövcud vəziyyəti, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, media əməkdaşlığının perspektivləri və gələcək birgə layihələr geniş müzakirə olunub.

Özbəkistan Jurnalistlər İttifaqının sədri Şöhrət Arif Özbəkistan və Azərbaycan mediası arasında formalaşmış əməkdaşlıq münasibətlərindən danışıb. O, dezinformasiyaya qarşı mübarizə, rəsmi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması, sosial medianın artan təsiri, süni intellekt vasitəsilə yaradılan məzmunun doğurduğu çağırışlar və informasiyanın dəqiqliyinin yoxlanılmasının əhəmiyyətini vurğulayıb.

Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin icraçı direktoru, "AZXEBER Media" MMC-nin baş direktoru Əfsələddin Ağalarov tədbirin təşkilinə göstərilən dəstəyə görə Özbəkistan Prezident Administrasiyasının Kontent Mərkəzinə və Özbəkistan Jurnalistlər İttifaqına təşəkkürünü bildirib.

O, qeyd edib ki, Türk dünyasının birliyi yalnız siyasi, iqtisadi və mədəni əlaqələrlə deyil, media əməkdaşlığı vasitəsilə də möhkəmlənməlidir:

"Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır" fikri bu istiqamətdə həyata keçirilən fəaliyyət üçün mühüm yol xəritəsidir. Əlli il əvvəl türk dünyasının birliyindən danışmaq belə çətin idi. Bu gün isə Türk Dövlətləri Təşkilatı uğurla inkişaf edir, üzv ölkələr arasında əməkdaşlıq ildən-ilə genişlənir və mütəmadi olaraq birgə layihələr həyata keçirilir. Layihəmizin əsas məqsədi türk dövlətlərinin media nümayəndələrini bir araya gətirmək, informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsini təşviq etmək, gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdir."

Mətbuat Şurasının Sosial Media Komissiyasının sədri Hacıbəy Heydərli çıxışında Azərbaycanda media savadlılığının inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. O bildirib ki, sosial şəbəkələrin həyatımızdakı rolunun artması informasiya təhlükəsizliyi məsələlərini daha da aktuallaşdırıb və bu şəraitdə peşəkar media ilə sosial medianın qarşılıqlı əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.

O, vurğulayıb ki, Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində üzərinə düşən missiyanı uğurla yerinə yetirib:

"Həmin dövrdə dezinformasiyaya və informasiya manipulyasiyalarına qarşı formalaşan peşəkar yanaşma bu gün də informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanda mütəmadi olaraq media həftələri, təlimlər və peşəkar inkişaf proqramları təşkil edilir. Özbəkistan mediası da sürətlə inkişaf edir və hər iki ölkənin jurnalistləri qarşılıqlı şəkildə bir-birinin təcrübəsindən faydalana bilərlər."

Azərbaycan nümayəndə heyəti adından çıxış edən "Editor.az" Media Qrupunun rəhbəri Fərid Şahbazlı göstərilən qonaqpərvərliyə görə Özbəkistan tərəfinə təşəkkürünü bildirib.

O qeyd edib ki, Azərbaycanda son illər həyata keçirilən media islahatları müasir çağırışlara uyğun şəkildə davam etdirilir.

Panel müzakirələri zamanı Fərid Şahbazlı özbəkistanlı jurnalistlərin suallarını cavablandırıb, iştirakçılar media əməkdaşlığı və informasiya təhlükəsizliyi sahəsində fikir mübadiləsi aparıblar.

Forum çərçivəsində Özbəkistanın akademikləri, jurnalistika fakültələrinin professorları və gənc jurnalistləri də çıxış edərək mövzu ilə bağlı təklif və fikirlərini səsləndiriblər.

Tədbirin sonunda "Türk dünyasının mənəvi dirçəlişi" adlı bioqrafik sənədli film nümayiş olunub. Ardınca keçirilən interaktiv sual-cavab sessiyasında Azərbaycan və Özbəkistan mediasının təcrübələri, informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivləri və gələcək birgə layihələr ətrafında geniş müzakirələr aparılıb.

Fidan Məmmədli

Xəbər Lenti

“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30
Məktəbəhazırlıq qruplarında qəbul yerləri 104 minə çatıb11.09.2026 - 09:25
“48 məktəbdə hibrid təhsil modeli tətbiq olunacaq“ - Eşqi Bağırov11.09.2026 - 09:20
Məleykə Abbaszadə: “Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik“11.09.2026 - 09:15
“Hər bir müəllimin öz AI assistenti ola bilər” - DİM sədri11.09.2026 - 09:10
Məleykə Abbaszadə: “Bunu dəfələrlə nəvələrimdə də görmüşəm"11.09.2026 - 09:05
"Zəif nəticə göstərən şagirdi tanımaq lazımdır" - Məleykə Abbaszadə11.09.2026 - 09:00
DİM sədri: "Biz yalnız rəqəmləri görürük, o uşaqları tanımırıq"11.09.2026 - 08:55
Sabaha olan hava proqnozu11.09.2026 - 08:50
50 məktəbdə təkrar monitorinq11.09.2026 - 08:45
Rus bölməsini seçənlərdə göstəricilər aşağıdır11.09.2026 - 08:40
Kənd və şəhər məktəblilərinin bilik fərqi11.09.2026 - 08:35
Təhsil İnstitutu: “Qızların oxu nəticələri oğlanlardan 24 bal yüksəkdir”11.09.2026 - 08:30
İki ildə şagirdlərin 16,5 faizi daha yüksək səviyyəyə keçib11.09.2026 - 08:25
2545 şagird risk qrupuna daxil edilib11.09.2026 - 08:20
Nazir müşaviri: “Təbiət fənnini tədris edən müəllimlər səylərini artırmalıdırlar“11.09.2026 - 08:15
Şagirdlərin çətinlik çəkdiyi mövzular11.09.2026 - 08:10
Elnur Əliyev: “6-cı siniflərdə zəif nəticə göstərənlərin sayı azalıb”11.09.2026 - 08:05