Təhsil 365 - Logo Mobile

80-dək müəllim "Süni intellekt və STEAM inteqrasiyası" proqramına qatılıb

15109.07.2026 - 07:50
80-dək müəllim "Süni intellekt və STEAM inteqrasiyası" proqramına qatılıb

Qaxda “Təbiətdə STEAM – 2” layihəsi həyata keçirilib. Bu, ölkənin bölgələri arasında ilk beynəlxalq süni intellekt təlim proqramıdır.

“Tehsil365” xəbər verir ki, məqsəd müəllimlərin süni intellekt və STEAM sahəsində bilik və bacarıqlarını artırmaq, onları müasir təhsil texnologiyaları ilə tanış etmək və məktəblərdə innovativ tədris yanaşmalarının tətbiqinə dəstək verməkdir. Türkiyənin Manisa şəhərində yerləşən Celal Bayar Universitetin müəllimi və Steam Eyitimcileri Dərnəyinin İdarə Heyətinin sədri Mehmet Nuri Öğütün tədris etdiyi "Süni intellekt və STEAM inteqrasiyası" təliminə ölkənin müxtəlif bölgələrini əhatə edən müəllimlər iştirak ediblər.

Layihə müəllimlər üçün interaktiv təlim və inkişaf proqramıdır. Proqramda ümumilikdə 80-dək müəllim iştirak edib. İştirakçılar 8 komanda şəklində müxtəlif praktik fəaliyyətlərə, atelyelərə, komanda oyunlarına və layihə əsaslı tapşırıqlara cəlb edilib.

Tarix üzrə fəlsəfə doktoru, layihə rəhbəri Elvin Əliyev deyib ki, bu gün suni intellekt həyatımızın bütün sahələrində hiss olunmağa və yer tutmağa başlayıb. Bu mənada belə proqramların öyrənilməsinə təşkilinə böyük ehtiyac var. Bu baxımdan layihənin 2-ci mərhələsi Qaxda təşkil edilib.

O bildirib ki, beynəlxalq təlim proqramının bu mərhələsində 10 yaxın bölgədən müəllimlər iştirak ediblər. Lakin ona qatılmaq, iştirak edərək süni intellektin STEAM-da inteqrasiyasını öyrənmək və təhsildə tətbiq etmək istəyən yüzlərlə müəllim var.

Layihə rəhbəri əlavə edib ki, artıq belə layihələr regionlarda daha çox marağa və diqqətə səbəb olur. Bu da bölgədə çalışan təhsil işçilərinin gələcək fəaliyyətlərini dünya təhsil sisteminə uyğunlaşdırmaq istəyindən xəbər verir: “Düşünürük ki, müəllimlərin əldə etdikləri biliklər, bacarıqlar növbəti tədris illərində onların öz tədrislərinə tətbiqinə köməklik edəcək. Növbəti illərdə tək yay aylarında deyil, həm də digər fəsillərdə də bölgələrdə layihəni davam etdirməyə zərurət yaranıb”.

Üç gün ərzində iştirakçılar “Süni intellektin təhsildə tətbiqi”, “STEAM yanaşmasının dərs prosesinə inteqrasiyası”, “ChatGPT”, “Claude”, “Gemini”, “Canva”, “Suno” və digər AI alətləri ilə praktik iş”, “Prompt mühəndisliyi və effektiv süni intellekt istifadəsi”, “Layihə yazımı və AB/Erasmus+, TR-AZ əməkdaşlıq imkanları”, “Komanda əsaslı öyrənmə və təqdimat bacarıqları”, “Müəllimlər üçün beynəlxalq səviyyəli sertifikatlandırma” mövzularında müzakirə və diskussiyalar aparııb, bilik və bacarıqlarını yoxlayıb, fərdi və komanda şəklində tapşırıqlar icra ediblər.

Türkiyənin Manisa şəhərində yerləşən Celal Bayar Universitetin müəllimi və STEAM Dərnəyinin İdarə Heyətinin sədri, beynəlxalq dərəcəli təlimçi Mehmet Nuri Öğütün ölkəmizdə bir neçə dəfə təlimlərə qatıldığını, lakin bölgələrdə belə təlimin ilk olduğunu və ucqar bir rayonda təlim proqramına bu qədər böyük maraq olmasını yüksək qiymətləndirib.

O deyib ki, Azərbaycanda elm və təhsilə böyük maraq var. Bu beynəlxalq təlim proqramına müəllimlərin qatılmasını, müzakirə və görüşlərdə aktivliyin yüksək olmasını misal çəkmək olar: “Dünyada səhiyyə, avtomatik, təhsil bir sözlə bütün sahələrdə süni intelleklə bağlı çox böyük yeniliklər, inkişaf baş verir. Müəllimlərə sinifdə süni intellekti necə tətbiq etmələri barədə ətraflı məlumat verilir, tətbiqetmə üsulları izah olunur. Bu əməkdaşlıq, həm də dostluğa çevrilir. Təlimə qatılan müəllimlərlə gələcəkdə onlayn görüşlər davam etdiriləcək”.

Təlim proqramının əsas mövzusu “Süni İntellekt və STEAM İnteqrasiyası” olub. Belə ki, təlim çərçivəsində müəllimlər süni intellekt alətlərinin tədrisdə istifadəsi, STEAM yanaşmasının dərs prosesinə inteqrasiyası, rəqəmsal məzmun hazırlığı, prompt mühəndisliyi və layihə yazımı üzrə praktik biliklər əldə ediblər. Beynəlxalq təlim proqramı yalnız klassik təlim formatı ilə məhdudlaşmayıb. İştirakçılar Qaxın təbiət mühitində həm öyrənib, həm də komanda fəaliyyətləri, yaradıcı tapşırıqlar, süni intellekt atelyeləri, layihə hazırlığı və təqdimatlar vasitəsilə təcrübələrini inkişaf etdiriblər. Təlim proqramının sonunda iştirakçılara beynəlxalq səviyyəli iştirak sertifikatı təqdim olunub. Bundan əlavə, komanda fəaliyyətləri və təqdimatlar əsasında fərqlənən iştirakçılar və komandalar üçün xüsusi mükafatlar verilib.

Fidan Məmmədli

Xəbər Lenti

Kapital Bank yeni istiqraz buraxılışına abunəni elan etdi09.07.2026 - 11:01
Meyvə şirələri istehsalında pozuntular aşkarlandı09.07.2026 - 10:55
“Müasir dövrdə bəzi uşaqlarda böyüklərə qarşı aqressiv davranşıların artması tək bir səbəblə izah oluna bilməz” - Psixoloq Zeynəb Əyyubova09.07.2026 - 10:50
“Ədibin Evi” xarici diplomatlar üçün yeni mədəniyyət kursuna start verir09.07.2026 - 10:31
MİQ imtahanları bu tarixlərdə keçiriləcək09.07.2026 - 10:25
Azərbaycanlı müğənninin ölkədən çıxışına qadağa qoyuldu09.07.2026 - 10:22
Kembric Universitetinin Bakıda ilk rəsmi təhsil nümayəndəliyi açılıb09.07.2026 - 10:17
BMU magistratura üzrə qəbul planını açıqlayıb09.07.2026 - 10:11
Bu il BDU-da 493 tələbə SABAH məzunu olur09.07.2026 - 10:08
Məşhur britaniyalı müğənni vəfat edib09.07.2026 - 09:53
Şəhid övladları üçün təşkil olunan “Əmanətə Sədaqət” düşərgəsi yekunlaşıb09.07.2026 - 09:49
Əmək bazarı terminlərinin izahlı lüğəti ictimaiyyətə təqdim edilib09.07.2026 - 09:37
Stolüstü tennis millimiz Avropa çempionatına yollanır09.07.2026 - 09:29
“Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi olub-FOTOLAR09.07.2026 - 09:27
Vüsalə Kazımova Millətlər Liqasında FIVB-ni tibbi nümayəndə kimi təmsil edəcək09.07.2026 - 09:23
“İki sahil” qəzeti 35 illik yubileyini qeyd edir09.07.2026 - 09:14
Azərbaycan Gürcüstanda keçiriləcək beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq09.07.2026 - 09:08
Azərbaycan səhiyyəsində yeni uğur - mürəkkəb mikrocərrahi əməliyyat ilk dəfə tətbiq edilib-FOTOLAR09.07.2026 - 09:06
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır-FOTOLAR09.07.2026 - 09:02
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq09.07.2026 - 08:57
Gənclər Kitabxanası Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlayıb09.07.2026 - 08:53
FHN ağır yol-nəqliyyat və suda boğulma hadisələri üzrə təlim keçirib-FOTOLAR09.07.2026 - 08:49
Türkiyənin Qars şəhərində qarapapaq türklərinin irsi müzakirə olunub-FOTOLAR09.07.2026 - 08:46
Beynəlxalq Muğam Mərkəzinin direktoru: Yeni mövsümdə klassik aşıq dastanları təqdim olunacaq09.07.2026 - 08:39
Sabah 37 dərəcə isti olacaq09.07.2026 - 08:33
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı-FOTOLAR09.07.2026 - 08:28
Azərbaycanı stolüstü tennis üzrə Avropa çempionatında 10 idmançı təmsil edəcək09.07.2026 - 08:22
Astrofiziklər Günəşdən trilyon dəfə parlaq 31 kvazar aşkar ediblər09.07.2026 - 08:17
Ümumdünya Tütünsüz Günü münasibətilə stomatoloqların elmi-praktik konfransı təşkil olunub-FOTOLAR09.07.2026 - 08:13
Rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrindəki islahatlara dair ictimai dinləmə təşkil edilib-FOTOLAR09.07.2026 - 08:06
Bakı Bələdiyyə Teatrı mövsümü İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşası ilə başa vurub-FOTOLAR 09.07.2026 - 08:00
Beynəlxalq İslam Sivilizasiyası Forumunda Azərbaycan-Özbəkistan qardaşlığından bəhs edən kitab təqdim edilib 09.07.2026 - 07:41
Azərbaycanlı alimlərin məqaləsi Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub09.07.2026 - 07:38
“Kutadqu Bilik”in pedaqoji ideyalarının müasir təhsildə tətbiqi elmi məqalədə təhlil edilib09.07.2026 - 07:24
Türk dövlətlərinin media nümayəndələri Daşkənd forumunda bir araya gəliblər09.07.2026 - 07:20
Süni intellekdən ən çox təsirlənəcək peşələr müəyyənləşib09.07.2026 - 07:15
Məktəbəqədər təhsil müəssisələrinə qəbul artıq "mygov"platforması üzərindən aparılır09.07.2026 - 07:08
Kiber yay düşərgəsi çərçivəsində iştirakçılar veloturda bir araya gəliblər09.07.2026 - 07:03
Mingəçevirdə keçirilən "Cyber Summer School 2026"da kibertəhlükəsizlik təlimləri davam edir09.07.2026 - 06:57
"Neftçi SOCAR" bu gün Dünya Qadın Seriyasındakı ilk oyununa çıxacaq09.07.2026 - 06:48
DİM təsviri sənət üzrə qabiliyyət imtahanlarının nəticələrinə apellyasiya müraciətlərini qəbul edir09.07.2026 - 06:37
Son illər xüsusilə gənclər arasında anksiyete və panik ataklarla bağlı müraciətlər artıb- Psixoloq Nizami Orucov09.07.2026 - 06:15
Abşeron-Xızı Regional Təhsil İdarəsi və Sumqayıt Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində təlim keçirilib09.07.2026 - 05:59
ADU-da “Əmək bazarı” mövzusunda görüş keçirilib09.07.2026 - 05:49
Qarabağ Universitetinin Klinikası milyonluq tender elan etdi09.07.2026 - 05:42
AZİ Akademiyanın təşkilatçılığı ilə “Akademik məsləhətçi təkmilləşdirmə” təlim proqramının yekun qiymətləndirilməsi keçirilib09.07.2026 - 05:39
Şair Seyid Əzim Şirvaninin doğum günüdür 09.07.2026 - 05:12