Azərbaycanda ənənəvi ədəbi tədbirlərdən biri olan Vaqif Poeziya Günlərinin bu il keçiriləcəyi tarix məlum olub.
“Tehsil365” xəbər verir ki, Mədəniyyət Nazirliyinin yaydığı məlumata əsasən, builki Vaqif Poeziya Günləri Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 16–18 iyul tarixlərində keçiriləcək.

