Sabah paytaxtın bəzi ərazilərində təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
“Tehsil365” APA-Economicsə istinadən xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, 10 iyul 2026-cı il saat 10:00-dan işlər başa çatanadək Nizami rayonunun R. Rüstəmov, E. Süleymanov, Q. Qarayev və C. Naxçıvanski küçələrinin, həmçinin Sabunçu qəsəbəsinin E. Mehdiyev, İ. Aslanov və M. İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə olacaq.

