SABAH qrupları Azərbaycan ali təhsil sisteminin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilib.
“Tehsil365” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev "SABAH-ın Məzunu 2026" tədbirində səsləndirib.
Nazir bildirib ki, SABAH qrupları Azərbaycan ali təhsil sistemində keyfiyyətin artırılması istiqamətində atılan ən mühüm addımlardan biridir və artıq ölkənin ali təhsil brendinə çevrilib. Onun sözlərinə görə, bu layihə gələcəkdə Azərbaycan təhsilinin inkişafında daha böyük rol oynayacaq.
Emin Əmrullayev layihənin yaradılmasında əməyi olan rektorlara və mütəxəssislərə təşəkkür edib, bu prosesdə Mikayıl Cabbarovun xüsusi rolunu vurğulayıb. Nazir qeyd edib ki, təhsilin əsas məqsədi ölkəsinə layiq, bilikli və dəyərli insan yetişdirməkdir.

