Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Vatikana səfəri çərçivəsində növbəti görüşü baş tutub.
“Tehsil365” Report-a istinadən xəbər verir ki, o, Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatzi ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin qarşılıqlı hörmət və ümumbəşəri dəyərlərə əsaslandığı vurğulanıb. Tərəflər humanitar əməkdaşlıq, dinlərarası dialoq, elmi və mədəni əlaqələrin inkişafı, eləcə də Azərbaycan-Vatikan diplomatik münasibətlərinin 35 illiyi münasibətilə planlaşdırılan tədbirlər və birgə layihələr ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin Vatikan Apostol Arxivinin prefekti Don Roko Ronzani və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov da iştirak ediblər.

