Azərbaycanda 2026-cı ilin ilk beş ayında qızılca və suçiçəyinə yoluxma hallarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
“Tehsil365” Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu ilin yanvar-may aylarında ölkədə suçiçəyinə 31 397, qızılcaya isə 127 yoluxma halı qeydə alınıb.

