Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) magistratura səviyyəsi üzrə yeni ixtisaslaşma üzrə qəbul aparılacaq.
“Tehsil365” xəbər verir ki, universitetin Filologiya fakültəsində 7001001 – Pedaqogika ixtisası üzrə "Azərbaycan dilinin xarici dil kimi tədrisi" ixtisaslaşması yaradılıb.
Bildirilib ki, yeni ixtisaslaşma Azərbaycan dilini müasir tədris metodları ilə xarici dil kimi tədris edəcək yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir.
Qeyd edək ki, bu ixtisaslaşmanı seçən magistrantlar peşəkar professor-müəllim heyəti, müasir tədris mühiti və elmi inkişaf imkanlarından yararlana biləcəklər.

