Azərbaycanlı gənc qolfçular beynəlxalq turnirdə uğurlu çıxış edərək ölkəmizə iki medal qazandırıblar.
"“Tehsil365” Report-a istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən "Paris Invitational 2026 USKIDS" turnirində Azərbaycan təmsilçiləri gümüş və bürünc medala layiq görülüblər.
Qrup formatında keçirilən yarışda Emin Rzayev və Tural Vəlizadə ikinci yeri tutaraq gümüş medal qazanıblar.
Fərdi proqramda isə Emin Rzayev üçüncü yeri tutaraq bürünc medala sahib olub.

