Böyük Britaniyada 1955-ci ildə edam edilən sonuncu qadın Rut Ellis ölümündən 71 il sonra şərti olaraq əfv edilib.
“Tehsil365” Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini və ədliyyə naziri Devid Lemmi parlamentdə məlumat verib.
Nazirin sözlərinə görə, Rut Ellis böyük ədalətsizliyin qurbanı olub və kral hökumətin tövsiyəsi əsasında onun şərti əfvini təsdiqləyib.
Devid Lemmi vurğulayıb ki, bu qərar Ellisin günahsız olması anlamına gəlmir. Onun sözlərinə görə, əfv həmin dövrdə baş vermiş ədalətsizliyin etirafıdır və ölüm hökmü simvolik olaraq ömürlük həbs cəzası ilə əvəz edilir.
Qeyd edək ki, Rut Ellis 1955-ci ildə sevgilisi, avtomobil yarışçısı Devid Bleyklini qətlə yetirdiyinə görə edam olunmuşdu. Hadisədən az əvvəl hamilə olan Ellis sevgilisinin fiziki zorakılığı nəticəsində körpəsini itirmişdi. Buna baxmayaraq, andlılar cəmi 20 dəqiqəlik müzakirədən sonra onun barəsində ölüm hökmü çıxarmışdılar.

