Təhsil 365 - Logo Mobile

ADNSU “QS Africa Forum 2026”-da Azərbaycanı təmsil edən yeganə universitetdir

15409.07.2026 - 16:08
ADNSU “QS Africa Forum 2026”-da Azərbaycanı təmsil edən yeganə universitetdir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən “QS Africa Forum 2026”-da ölkəmizi təmsil edib. Forumda ali təhsilin gələcəyi, qlobal reytinqlərdə inkişaf, dayanıqlılıq, beynəlxalq əməkdaşlıq və innovasiya kimi aktual mövzular müzakirə olunmuşdur

“Tehsil365” xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 9–10 iyul 2026-cı il tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən “QS Africa Forum 2026”-da iştirak edir.

Forumda ali məktəbi rektorun reytinqlər üzrə müşaviri Ülviyyə Abbasova, İctimai əlaqələr və marketinq şöbəsinin rəhbəri Xülya Sabirli və Reytinqlər şöbəsinin baş mütəxəssisi Çingiz Qarayev təmsil edirlər.

Ali təhsilin gələcəyi, universitetlərin qlobal reytinqlərdə inkişafı, dayanıqlı inkişaf, məşğulluq, beynəlxalq əməkdaşlıq, tədqiqat və innovasiya kimi aktual mövzuların müzakirə olunduğu forum Afrika regionu ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, ali təhsil ekspertlərini, sənaye nümayəndələrini və qərarverici şəxsləri bir araya gətirir. Təxminən 200-ə yaxın iştirakçının qatıldığı tədbir universitetlər üçün beynəlxalq təcrübə mübadiləsi, yeni tərəfdaşlıqların qurulması və ali təhsildə müasir çağırışların müzakirəsi baxımından mühüm platforma rolunu oynayır.

Qeyd edək ki, ADNSU forumda Azərbaycanı təmsil edən yeganə universitetdir. Bu iştirak ADNSU-nun beynəlxalq ali təhsil məkanında mövqeyinin gücləndirilməsi, qlobal akademik şəbəkələrlə əlaqələrinin genişləndirilməsi və universitetin beynəlxalq reytinqlər istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin davamı kimi xüsusi əhəmiyyət daşıyır.

Universitet nümayəndələri tədbir çərçivəsində keçirilən sərgidə iştirakçılara ADNSU-nun təhsil proqramları, elmi-tədqiqat imkanları, beynəlxalq əməkdaşlıq istiqamətləri, sənaye ilə əlaqələri və qlobal reytinqlərdə əldə etdiyi nəticələr barədə məlumat verirlər.

Tədbir müddətində ADNSU nümayəndə heyəti müxtəlif ölkələrdən olan universitet və təşkilat nümayəndələri ilə görüşlər keçirir, mümkün əməkdaşlıq perspektivlərini müzakirə edir. Görüşlər zamanı tələbə və akademik mobillik, birgə tədqiqat layihələri, beynəlxalq şəbəkələrdə iştirak, dayanıqlı inkişaf təşəbbüsləri, universitet-sənaye əməkdaşlığı və qlobal reytinqlərdə mövqelərin daha da gücləndirilməsi kimi istiqamətlər diqqət mərkəzində saxlanılır.

“QS Africa Forum 2026”-nın əsas müzakirə istiqamətləri müasir ali təhsilin qarşısında duran mühüm çağırışlarla səsləşir. Forumda universitetlərin yalnız bilik verən akademik qurumlar kimi deyil, həm də əmək bazarının tələblərinə cavab verən, innovasiya yaradan, dayanıqlı inkişafı dəstəkləyən və beynəlxalq əməkdaşlıq vasitəsilə qlobal problemlərin həllinə töhfə verən institutlar kimi rolu xüsusi vurğulanır.

Ayşən Cəlilova

Xəbər Lenti

Peşə Liseyinə yeni direktor təyin olundu09.07.2026 - 17:47
Qlobal istiləşmə - Avropa tarixinin ən qızmar iyunu qeydə alınıb09.07.2026 - 17:40
İncəsənət məktəblərinə müəllim qəbulu: iştirak haqqı 80 manatdır09.07.2026 - 17:35
Konstitusiya Məhkəməsi Plenumu mühasibat və vergi məsləhətçilərinin öhdəlikləri ilə bağlı qərar qəbul edib09.07.2026 - 17:27
MİQ imtahanının vaxtı açıqlanıb09.07.2026 - 17:20
2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq - Komissiya sədri09.07.2026 - 17:12
Jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə09.07.2026 - 16:13
Müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start verilir09.07.2026 - 16:03
UNEC-in Zaqatala filialında MBA proqramına tələbə qəbulu başlayır09.07.2026 - 15:57
Bakı Mühəndislik Universitetinin magistratura pilləsinə qəbul planında yeniliklər09.07.2026 - 15:23
Yaponiya Biznes Assosiasiyasının nümayəndə heyəti MÜSİAD Azərbaycanı ziyarət edib09.07.2026 - 15:11
Kibertəhlükəsizlik sahəsinə necə başlamaq olar: Ekspert tövsiyələri09.07.2026 - 15:03
Böyük Britaniyada edam edilən sonuncu qadın 71 il sonra əfv olundu - FOTOLAR09.07.2026 - 14:43
Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir - FOTOLAR09.07.2026 - 14:29
Azərbaycan qolfçuları Parisdə iki medal qazanıblar - FOTOLAR09.07.2026 - 14:26
ADPU-da magistratura üzrə yeni ixtisaslaşmaya qəbul başlayır09.07.2026 - 13:48
Bu ilin ilk beş ayında Azərbaycanda qızılca və suçiçəyinə yoluxma hallarında artım qeydə alınıb09.07.2026 - 13:43
Ramin Məmmədov Vatikanda Apostol Kitabxanasının rəhbəri ilə görüşüb09.07.2026 - 13:38
MİQ-2026: Qeydiyyatdan keçən namizədlərin sayı 40 mini ötüb09.07.2026 - 13:34
Emin Əmrullayev: "SABAH qrupları Azərbaycan ali təhsilinin brendinə çevrilib"09.07.2026 - 13:28
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq09.07.2026 - 13:25
Təsviri sənət üzrə qabiliyyət imtahanının nəticələrinə apellyasiya üçün qeydiyyat başlayıb09.07.2026 - 13:21
Müəllim olmaq istəyənlərin diqqətinə: MİQ-də süni intellekt bilikləri də yoxlanıla bilər09.07.2026 - 13:12
Bu il Vaqif Poeziya Günlərinin keçiriləcəyi tarix açıqlanıb09.07.2026 - 13:09
Milli Məclisdə uşaqların rəqəmsal təhlükəsizliyi və süni intellekt müzakirə olunub09.07.2026 - 13:04
Kapital Bank yeni istiqraz buraxılışına abunəni elan etdi09.07.2026 - 11:01
Meyvə şirələri istehsalında pozuntular aşkarlandı09.07.2026 - 10:55
“Müasir dövrdə bəzi uşaqlarda böyüklərə qarşı aqressiv davranşıların artması tək bir səbəblə izah oluna bilməz” - Psixoloq Zeynəb Əyyubova09.07.2026 - 10:50
“Ədibin Evi” xarici diplomatlar üçün yeni mədəniyyət kursuna start verir09.07.2026 - 10:31
MİQ imtahanları bu tarixlərdə keçiriləcək09.07.2026 - 10:25
Azərbaycanlı müğənninin ölkədən çıxışına qadağa qoyuldu09.07.2026 - 10:22
Kembric Universitetinin Bakıda ilk rəsmi təhsil nümayəndəliyi açılıb09.07.2026 - 10:17
BMU magistratura üzrə qəbul planını açıqlayıb09.07.2026 - 10:11
Bu il BDU-da 493 tələbə SABAH məzunu olur09.07.2026 - 10:08
Məşhur britaniyalı müğənni vəfat edib09.07.2026 - 09:53
Şəhid övladları üçün təşkil olunan “Əmanətə Sədaqət” düşərgəsi yekunlaşıb09.07.2026 - 09:49
Əmək bazarı terminlərinin izahlı lüğəti ictimaiyyətə təqdim edilib09.07.2026 - 09:37
Stolüstü tennis millimiz Avropa çempionatına yollanır09.07.2026 - 09:29
“Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi olub-FOTOLAR09.07.2026 - 09:27
Vüsalə Kazımova Millətlər Liqasında FIVB-ni tibbi nümayəndə kimi təmsil edəcək09.07.2026 - 09:23
“İki sahil” qəzeti 35 illik yubileyini qeyd edir09.07.2026 - 09:14
Azərbaycan Gürcüstanda keçiriləcək beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq09.07.2026 - 09:08
Azərbaycan səhiyyəsində yeni uğur - mürəkkəb mikrocərrahi əməliyyat ilk dəfə tətbiq edilib-FOTOLAR09.07.2026 - 09:06
Gənclər Kitabxanası Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlayıb09.07.2026 - 08:53
FHN ağır yol-nəqliyyat və suda boğulma hadisələri üzrə təlim keçirib-FOTOLAR09.07.2026 - 08:49
Türkiyənin Qars şəhərində qarapapaq türklərinin irsi müzakirə olunub-FOTOLAR09.07.2026 - 08:46
Beynəlxalq Muğam Mərkəzinin direktoru: Yeni mövsümdə klassik aşıq dastanları təqdim olunacaq09.07.2026 - 08:39