Təhsil 365 - Logo Mobile

2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq - Komissiya sədri

18009.07.2026 - 17:12
2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq - Komissiya sədri

2028-ci ilin sonuna qədər Azərbaycan dili üzrə Böyük Dil Modellərinin yaradılması nəzərdə tutulur. Bu addım Azərbaycan dilində keyfiyyətli süni intellekt xidmətlərinin inkişafına, eləcə də ölkənin mədəni və linqvistik suverenliyinin gücləndirilməsinə xidmət edəcək.

“Tehsil 365”xəbər verir ki ,bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov parlamentdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, növbəti mühüm addımlardan biri Azərbaycan dili üzrə Böyük Dil Modellərinin yaradılmasıdır.

"Dünyada mövcud olan böyük dil modellərinin əksəriyyəti ingilis və bir neçə başqa dominant dil üzərində öyrədilib. Bu isə Azərbaycan dilində keyfiyyətli süni intellekt xidmətlərinin məhdudluğu deməkdir. Öz dilimizdə güclü modellər yaratmaq mədəni və linqvistik suverenliyimizi daha da artıracaq", - deyə Ramid Namazov vurğulayıb.

Komissiya sədri qeyd edib ki, Süni İntellekt Strategiyası dörd əsas istiqaməti əhatə edir. Bunlar süni intellektin idarə edilməsinin təkmilləşdirilməsi, məlumatların idarə edilməsi və hesablama infrastrukturunun inkişafı, kadr potensialının gücləndirilməsi, eləcə də ictimai maarifləndirmədir.

Onun sözlərinə görə, strategiyada cəmiyyətin süni intellektin yalnız imkanları deyil, həm də riskləri barədə məlumatlandırılması və bu sahədə etik prinsiplərin qorunması dövlətin prioritet vəzifələrindən biri kimi müəyyənləşdirilib.

"Bu çərçivədə yaradılan Süni İntellekt Akademiyası beynəlxalq standartlara uyğun tədris proqramları vasitəsilə 500 mühəndisin hazırlanmasını və 3000 nəfərlik süni intellekt icmasının formalaşdırılmasını hədəfləyir", - deyə Ramid Namazov bildirib.

O əlavə edib ki, Azərbaycanın süni intellekt sahəsindəki strategiyası xüsusi sahələrdə texnoloji suverenliyi təmin etməklə yanaşı, digər istiqamətlərdə beynəlxalq tərəfdaşlıqdan faydalanan balanslaşdırılmış inkişaf modelinə əsaslanır.

Türkan Allahquliyeva

Xəbər Lenti

Görkəmli alim, tanınmış pedaqoq Əmralı Şirəli oğlu Şirəliyevin əziz xatirəsinə - BAŞSAĞLIĞI09.07.2026 - 18:58
Bakıda yeni təmayül tədris modelinə qeydiyyat davam edir09.07.2026 - 18:48
Xəzər Universitetinin departament müdiri Beynəlxalq Dədə Qorqud Simpoziumunda iştirak edib09.07.2026 - 18:35
Çində daşqın səbəbindən 39 nəfər ölüb, 9 nəfər itkin düşüb09.07.2026 - 18:18
Bakıda tələbələr kirayə ev axtararkən dələduzların qurbanı oldular09.07.2026 - 17:52
Peşə Liseyinə yeni direktor təyin olundu09.07.2026 - 17:47
Qlobal istiləşmə - Avropa tarixinin ən qızmar iyunu qeydə alınıb09.07.2026 - 17:40
İncəsənət məktəblərinə müəllim qəbulu: iştirak haqqı 80 manatdır09.07.2026 - 17:35
Konstitusiya Məhkəməsi Plenumu mühasibat və vergi məsləhətçilərinin öhdəlikləri ilə bağlı qərar qəbul edib09.07.2026 - 17:27
MİQ imtahanının vaxtı açıqlanıb09.07.2026 - 17:20
Jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə09.07.2026 - 16:13
ADNSU “QS Africa Forum 2026”-da Azərbaycanı təmsil edən yeganə universitetdir09.07.2026 - 16:08
Müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start verilir09.07.2026 - 16:03
UNEC-in Zaqatala filialında MBA proqramına tələbə qəbulu başlayır09.07.2026 - 15:57
Bakı Mühəndislik Universitetinin magistratura pilləsinə qəbul planında yeniliklər09.07.2026 - 15:23
Yaponiya Biznes Assosiasiyasının nümayəndə heyəti MÜSİAD Azərbaycanı ziyarət edib09.07.2026 - 15:11
Kibertəhlükəsizlik sahəsinə necə başlamaq olar: Ekspert tövsiyələri09.07.2026 - 15:03
Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir - FOTOLAR09.07.2026 - 14:29
Azərbaycan qolfçuları Parisdə iki medal qazanıblar - FOTOLAR09.07.2026 - 14:26
ADPU-da magistratura üzrə yeni ixtisaslaşmaya qəbul başlayır09.07.2026 - 13:48
Bu ilin ilk beş ayında Azərbaycanda qızılca və suçiçəyinə yoluxma hallarında artım qeydə alınıb09.07.2026 - 13:43
Ramin Məmmədov Vatikanda Apostol Kitabxanasının rəhbəri ilə görüşüb09.07.2026 - 13:38
MİQ-2026: Qeydiyyatdan keçən namizədlərin sayı 40 mini ötüb09.07.2026 - 13:34
Emin Əmrullayev: "SABAH qrupları Azərbaycan ali təhsilinin brendinə çevrilib"09.07.2026 - 13:28
Təsviri sənət üzrə qabiliyyət imtahanının nəticələrinə apellyasiya üçün qeydiyyat başlayıb09.07.2026 - 13:21
Müəllim olmaq istəyənlərin diqqətinə: MİQ-də süni intellekt bilikləri də yoxlanıla bilər09.07.2026 - 13:12
Bu il Vaqif Poeziya Günlərinin keçiriləcəyi tarix açıqlanıb09.07.2026 - 13:09
Milli Məclisdə uşaqların rəqəmsal təhlükəsizliyi və süni intellekt müzakirə olunub09.07.2026 - 13:04
Kapital Bank yeni istiqraz buraxılışına abunəni elan etdi09.07.2026 - 11:01
Meyvə şirələri istehsalında pozuntular aşkarlandı09.07.2026 - 10:55
“Müasir dövrdə bəzi uşaqlarda böyüklərə qarşı aqressiv davranşıların artması tək bir səbəblə izah oluna bilməz” - Psixoloq Zeynəb Əyyubova09.07.2026 - 10:50
“Ədibin Evi” xarici diplomatlar üçün yeni mədəniyyət kursuna start verir09.07.2026 - 10:31
MİQ imtahanları bu tarixlərdə keçiriləcək09.07.2026 - 10:25
Kembric Universitetinin Bakıda ilk rəsmi təhsil nümayəndəliyi açılıb09.07.2026 - 10:17
BMU magistratura üzrə qəbul planını açıqlayıb09.07.2026 - 10:11
Bu il BDU-da 493 tələbə SABAH məzunu olur09.07.2026 - 10:08
Şəhid övladları üçün təşkil olunan “Əmanətə Sədaqət” düşərgəsi yekunlaşıb09.07.2026 - 09:49
Əmək bazarı terminlərinin izahlı lüğəti ictimaiyyətə təqdim edilib09.07.2026 - 09:37
Stolüstü tennis millimiz Avropa çempionatına yollanır09.07.2026 - 09:29
“Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi olub-FOTOLAR09.07.2026 - 09:27
Vüsalə Kazımova Millətlər Liqasında FIVB-ni tibbi nümayəndə kimi təmsil edəcək09.07.2026 - 09:23
“İki sahil” qəzeti 35 illik yubileyini qeyd edir09.07.2026 - 09:14
Azərbaycan Gürcüstanda keçiriləcək beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq09.07.2026 - 09:08
Azərbaycan səhiyyəsində yeni uğur - mürəkkəb mikrocərrahi əməliyyat ilk dəfə tətbiq edilib-FOTOLAR09.07.2026 - 09:06
Gənclər Kitabxanası Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlayıb09.07.2026 - 08:53
FHN ağır yol-nəqliyyat və suda boğulma hadisələri üzrə təlim keçirib-FOTOLAR09.07.2026 - 08:49
Türkiyənin Qars şəhərində qarapapaq türklərinin irsi müzakirə olunub-FOTOLAR09.07.2026 - 08:46