Xəzər Universitetinin İnteryer Dizayn və Memarlıq ixtisası üzrə təhsil alan tələbələr üçün praktiki sahə təlimi keçirilib.
“Tehsil365” xəbər verir ki, təlim 9 iyul 2026-cı il tarixində Ayazoğlu Akademiyası tərəfindən təşkil olunub.
Təlimdə tələbələr nəzəri biliklərini real layihələr üzərində tətbiq etmək, peşəkar iş mühiti ilə yaxından tanış olmaq və praktiki təcrübə qazanmaq imkanı əldə ediblər.
Bildirilib ki, bu cür təlimlər tələbələrin peşə bacarıqlarının inkişafına, nəzəri biliklərin praktikada tətbiqinə və gələcək əmək fəaliyyətinə hazırlıqlarının gücləndirilməsinə töhfə verir.

