Təhsil 365 - Logo Mobile

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

13210.07.2026 - 04:49
BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

Azərbaycan Milli Kitabxanasında Bakı Dövlət Universiteti (BDU) və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə ilk dəfə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib.

BDU-dan “Tehsil365” ə bildirilib ki, bununla da Azərbaycanda mədəniyyət hüququ sahəsində yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması istiqamətində mühüm mərhələnin əsası qoyulub.

Magistr dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşma Şurasının sədri, mədəniyyət naziri, hüquq üzrə fəlsəfə doktoru Adil Kərimli çıxış edərək bu hadisənin ölkədə mədəniyyət hüququ elminin inkişafı baxımından əlamətdar olduğunu vurğulayıb. Nazir qeyd edib ki, mədəni irsin qorunması, mədəni sərvətlərin hüquqi müdafiəsi, işğaldan azad edilmiş ərazilərdə yerləşən mədəni irs nümunələrinin bərpası və beynəlxalq hüquq müstəvisində qorunması sahəsində peşəkar mütəxəssislərə artan tələbat nəzərə alınaraq, BDU-da 2024/2025-ci tədris ilindən etibarən magistratura səviyyəsində “Mədəniyyət hüququ” ixtisaslaşması təsis olunub.

Bildirilib ki, tədris proqramı BDU-nun Hüquq fakültəsi ilə Mədəniyyət Nazirliyi arasında qurulmuş əməkdaşlıq çərçivəsində hazırlanıb. Hazırda bu ixtisaslaşma üzrə təhsil alan magistrantlar mədəniyyət hüququnun müxtəlif istiqamətlərini əhatə edən elmi tədqiqatlarını uğurla müdafiə edirlər.

BDU rektoru Elçin Babayev çıxışında qeyd edib ki, “Mədəniyyət hüququ” ixtisaslaşmasının yaradılması universitetlə Mədəniyyət Nazirliyi arasında səmərəli əməkdaşlığın uğurlu nəticəsidir. Onun sözlərinə görə, proqram hüquq və mədəniyyət sahələrinin kəsişməsində peşəkar mütəxəssislərin hazırlanmasına, ölkədə elmi-tədqiqat potensialının gücləndirilməsinə və milli mədəni irsin hüquqi müdafiəsinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək.

Müdafiələr zamanı təqdim olunan dissertasiya işləri mədəniyyət sahəsində idarəetmənin hüquqi əsasları, beynəlxalq hüquqi əməkdaşlıq, mədəni irsin milli və beynəlxalq hüquqi mühafizəsinin aktual problemləri, mədəni hüquqlar, eləcə də mədəniyyət hüququnun formalaşması və müasir inkişaf tendensiyaları kimi aktual mövzuları əhatə edib.

“Mədəniyyət hüququ” ixtisaslaşmasının yaradılması ölkədə mədəniyyət sahəsində hüquqi tənzimləmənin elmi əsaslarının möhkəmləndirilməsi, mədəni irsin qorunması istiqamətində peşəkar hüquqşünas kadrların hazırlanması və beynəlxalq təcrübəyə əsaslanan müasir hüquqi yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Nuray Babayeva

Xəbər Lenti

İşğaldan azad edilən ərazilərdə ilk qadın kooperativi Ağalıda yaradılır-FOTOLAR10.07.2026 - 08:59
Azərbaycan millisi futbol üzrə Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunda finala yüksəlib-FOTOLAR10.07.2026 - 08:51
Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir-FOTOLAR10.07.2026 - 08:47
Özəl klinikalarda yoxlama necə aparılır?10.07.2026 - 08:33
BMU-da yeni ixtisaslaşma: “Mühəndislikdə idarəetmə”10.07.2026 - 08:28
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib10.07.2026 - 08:26
“Xurşidbanu Natəvana ithaf”da gül gözəllik, həyat və yaradıcılıq rəmzidir10.07.2026 - 08:22
Gəncə səmasından İspaniya savaşına: unudulmuş aviatorlar-FOTO10.07.2026 - 08:19
“Qarabağ”ın yeni transferi: Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik və qələbə qazandıq10.07.2026 - 08:11
Təhsil TV”yə yeni direktor təyin edildi10.07.2026 - 08:03
Bakıda Türk Dövlətləri Təşkilatının Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu keçirilir10.07.2026 - 07:47
“ASAN xidmət” 100 milyonuncu vətəndaş müraciətini qəbul edib10.07.2026 - 07:40
“Rəqəmsal məktəb” növbəti tədris ilindən regionlarda da tətbiq olunacaq10.07.2026 - 07:30
Dilçilik İnstitutunun əməkdaşının yeni dərs vəsaiti işıq üzü görüb10.07.2026 - 07:23
Dövlət icra məmurluğuna namizədlər üçün test imtahanının vaxtı açıqlanıb10.07.2026 - 07:16
Beynəlxalq İslam Sivilizasiyası Forumu Səmərqənddə işini davam etdirir10.07.2026 - 07:05
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Sabir Əhmədli anılır10.07.2026 - 06:42
“Qırmızı Kitab”a düşən bitkilər yox olmaq təhlükəsi ilə üz-üzədir10.07.2026 - 06:33
Qarabağın zəngin biomüxtəlifliyini təsdiqləyən yeni elmi kəşflər edilib10.07.2026 - 06:19
"İqlim dəyişikliyinin yaratdığı ekoloji problemlərin həlli üçün beynəlxalq siyasi iradənin gücləndirilməsi zəruridir."- Politoloq Samir Hümbətov10.07.2026 - 06:13
Bakıda “Media və dekolonizasiya” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq10.07.2026 - 06:09
Şuşada IV Qlobal Media Forumu keçiriləcək10.07.2026 - 06:05
Süni intellekt 12 yaşlı qıza öz startapını yaratmağa kömək edib10.07.2026 - 05:56
UFAZ-ın tələbəsi Çində süni intellekt üzrə yay tədqiqat proqramını uğurla başa vurub10.07.2026 - 05:41
Azərbaycanlı qadın güləşçi Avropa çempionatında gümüş medal qazandı10.07.2026 - 05:23
Beynəlxalq reytinqlərdə əldə olunan uğurlara töhfə verən əməkdaş və tələbələr təltif edildilər10.07.2026 - 05:18
Departament müdiri 30-cu Beynəlxalq Dədə Qorqud Simpoziumunda10.07.2026 - 05:12
"Burada hansı tariflər, sistemlər tətbiq olunacağını biz də gözləyirik"-Nəqliyyat Eksperti Raqif Raufoğlu10.07.2026 - 05:06
AzTU komandası 6-cı "University Demo Day" müsabiqəsində 3-cü yerə layiq görülüb10.07.2026 - 04:41
BMU-da “Radiorabitə, radioverilişlər və televiziya” ixtisaslaşması üzrə magistr hazırlığı başlayır10.07.2026 - 04:29
ADU-da 2027–2031-ci illər üzrə Strateji İnkişaf Planı müzakirə olunub10.07.2026 - 04:21
UNEC və Təhsil Şurası İctimai Birliyi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb10.07.2026 - 04:10
Firudin Qurbanov Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib10.07.2026 - 04:02
Tələbənin kirayə ev axtarışı: "Universitetə yaxınlıq prioritetdir" – Müsahibə09.07.2026 - 19:18
Müasir dövrdə uşağ və gənclərdə mütaliəyə, kitaba maraq oyatmaq və onlara ədəbiyyatı sevdirmək üçün nələr edilməlidir?09.07.2026 - 19:03
Xəzər Universitetinin tələbələri üçün praktiki sahə təlimi təşkil olunub - FOTOLAR09.07.2026 - 19:03
Görkəmli alim, tanınmış pedaqoq Əmralı Şirəli oğlu Şirəliyevin əziz xatirəsinə - BAŞSAĞLIĞI09.07.2026 - 18:58
Bakıda yeni təmayül tədris modelinə qeydiyyat davam edir09.07.2026 - 18:48
Xəzər Universitetinin departament müdiri Beynəlxalq Dədə Qorqud Simpoziumunda iştirak edib09.07.2026 - 18:35
Çində daşqın səbəbindən 39 nəfər ölüb, 9 nəfər itkin düşüb09.07.2026 - 18:18
Bakıda tələbələr kirayə ev axtararkən dələduzların qurbanı oldular09.07.2026 - 17:52
Peşə Liseyinə yeni direktor təyin olundu09.07.2026 - 17:47
Qlobal istiləşmə - Avropa tarixinin ən qızmar iyunu qeydə alınıb09.07.2026 - 17:40
İncəsənət məktəblərinə müəllim qəbulu: iştirak haqqı 80 manatdır09.07.2026 - 17:35
Konstitusiya Məhkəməsi Plenumu mühasibat və vergi məsləhətçilərinin öhdəlikləri ilə bağlı qərar qəbul edib09.07.2026 - 17:27
MİQ imtahanının vaxtı açıqlanıb09.07.2026 - 17:20
2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq - Komissiya sədri09.07.2026 - 17:12