“Ümumi kart sisteminin üstündə çoxdandı iş gedir”.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında ekspert Raqif Raufoğlu deyib.
“Bunun üçün bir sıra dəyişikliklər lazım idi. Ötən il ilk olaraq brutto sisteminə keçildi. Brutto sistemi olmadan hökümət bunu qarşılaya və güzəştlər edə bilmir. Daşıyıcı deyir ki, mənə fərqi yoxdur, mən müştəri aparıram və pulumu qazanmalıyam. Ancaq artıq sosial təbəqəni hökümət müəyyən edir və brutto sistemində pulu dövlət ödəyir. Yəni daşıyıcının pulunu dövlət ödəyir və özü artıq qərar verir ki, kimlərə necə güzəştlər edə bilirəm”.
Onun sözlərinə görə, həmçinin metro, avtobus və s. hamsının eyni qurum altında birləşməsi imkan verdi ki, vahid kartla o güzəştləri tətbiq edə bilsinlər. Demək olar ki, artıq hər şey hazırdır. Burada hansı tariflər, sistemlər tətbiq olunacağını biz də gözləyirik.
“Ümid edirəm ki, bir neçə ölkənin təcrübəsini birləşdirib, bizim üçün Azərbaycanda həqiqətən də həssas qrupa yönəlmiş yaxşı güzəştlər verə biləcəklər”- deyə Raqif Raufoğlu qeyd edib.

