Təhsil 365 - Logo Mobile

Bakıda “Media və dekolonizasiya” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq

14610.07.2026 - 06:09
Bakıda “Media və dekolonizasiya” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq

İyulun 11-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə paytaxtımızda “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

“Tehsil365” xəbər verir ki, bu konfrans müstəmləkə ərazilərini təmsil edən media nümayəndələrinin iştirakı ilə Azərbaycanda keçirilən ilk belə platformadır. Tədbir həmin ərazilərdən olan jurnalistlərlə yerli media nümayəndələri arasında interaktiv formada təşkil ediləcək.

Konfransda keçmiş və indiki müstəmləkə ərazilərini təmsil edən media qurumlarının rəhbərləri və media nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiyalar üzrə ekspertlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, tədqiqatçılar, diplomatlar və dövlət qurumlarının nümayəndələri və yerli media təmsilçiləri iştirak edəcəklər.

Konfransda neokolonial istismara məruz qalan və müstəmləkə əsarəti altında yaşayan xalqların və etnik azlıqların səsinin beynəlxalq informasiya məkanında gücləndirilməsində medianın rolu və qarşıda duran çağırışlar müzakirə olunacaq. Tədbirdə uzun illər kölgədə saxlanılmış müstəmləkə həqiqətlərinin – ərazilərin iqtisadi istismarı, təbii sərvətlərin talanı, mədəni kimliyin silinməsi, sistemli ayrı-seçkilik, yerli xalqlara qarşı repressiyalar, habelə Kanaki (Yeni Kaledoniya) və Boneyra nümunəsində yerli əhalinin demoqrafik tərkibinin məqsədli şəkildə gəlmə əhali hesabına dəyişdirilməsi siyasətinin beynəlxalq mediada işıqlandırılması məsələlərinə xüsusi diqqət yetiriləcək.

Konfrans çərçivəsində müstəmləkə ərazilərində yaradılan süni informasiya blokadasının aradan qaldırılması, dezinformasiya və saxta məlumatlarla mübarizədə qabaqcıl süni intellekt alətlərinin tətbiqi, jurnalistlər və media qurumları arasında beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması, beynəlxalq media təşkilatları və yerli jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılacaq.

Müzakirələrdə medianın dekolonizasiya proseslərində yalnız informasiya ötürən vasitə deyil, həm də müstəmləkə siyasəti yürüdənlərə beynəlxalq təzyiq mexanizmi kimi rolu xüsusi vurğulanacaq. Bu kontekstdə müstəmləkə cinayətlərinin sənədləşdirilməsi, kolonial narrativlərin ifşası, müstəmləkə dövlətlərinin rəsmi informasiya siyasətinin faktlara əsaslanan araşdırmalarla yoxlanılması, yerli xalqların mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması, insan hüquqları pozuntularının monitorinqi, ekoloji ədalət məsələlərinin, o cümlədən Qvadelup və Martinikdə xlordekon pestisidinin yaratdığı fəsadların qlobal gündəmdə daim saxlanılması, reparasiya tələblərinin təşviqi, habelə Kanak, Maohi, Qvadelup, Martinik, Boneyra, Sint Martin və digər müstəmləkə ərazilərində fəaliyyət göstərən jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları arasında beynəlxalq həmrəylik və əməkdaşlıq şəbəkələrinin formalaşdırılması istiqamətində praktiki təşəbbüslər müzakirə ediləcək.

Qeyd edək ki, Kanakıda (Yeni Kaledoniya) nikel ehtiyatlarının istismarı, Kanak xalqının hüquqları və 2024-cü ilin may hadisələri zamanı baş vermiş mülki itkilərlə bağlı araşdırmalar aparan jurnalistlər Fransa tərəfindən informasiya məhdudiyyətləri və müxtəlif təzyiq formaları ilə üzləşiblər. Beynəlxalq media təşkilatları həmin dövrdə jurnalistlərə qarşı təhdid, fiziki hücum və peşə fəaliyyətinə maneə törədilməsi hallarını sənədləşdiriblər. Fövqəladə vəziyyət rejiminin tətbiqi və sərt təhlükəsizlik tədbirləri isə hadisələrin müstəqil və obyektiv işıqlandırılması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Qvadelupada (Fransa Karib hövzəsi) xlordekon pestisidinin uzunmüddətli istifadəsi nəticəsində yaranmış ekoloji fəsadlar, torpaq və su çirklənməsi, eləcə də əhalinin sağlamlığına təsirləri araşdıran tədqiqatçı jurnalistlər Fransanın məsuliyyəti məsələsini gündəmə gətirdiklərinə görə müxtəlif təzyiqlərlə üzləşiblər. 1970–1990-cı illərdə geniş tətbiq edilən bu zəhərli maddənin yaratdığı ekoloji və ictimai sağlamlıq problemləri bu gün də davam edir. BMT ekspertləri ekoloji problemləri və onların nəticələrini işıqlandıran media nümayəndələrinə qarşı təzyiq və senzura iddiaları ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Həmçinin Belçikanın indiki Konqo Demokratik Respublikasının ərazisində, eləcə də Ruanda və Burundidə törətdiyi məcburi əmək, kütləvi zorakılıq və əllərin amputasiyası kimi insanlıq əleyhinə cinayətləri tarixçilərlə əməkdaşlıq şəraitində araşdıran jurnalistlər tarixi məsuliyyət və reparasiya məsələlərini beynəlxalq gündəmə çıxardıqlarına görə uzun illər müxtəlif təzyiq və maneələrlə üzləşiblər. Həmin araşdırmalar Belçikanın müstəmləkə irsi ilə bağlı beynəlxalq elmi və siyasi müzakirələrin genişlənməsinə, həmçinin beynəlxalq təşkilatlar səviyyəsində tarixi ədalət və reparasiya məsələlərinin daha fəal şəkildə gündəmə gətirilməsinə mühüm töhfə verib

Fidan Məmmədli

Xəbər Lenti

İşğaldan azad edilən ərazilərdə ilk qadın kooperativi Ağalıda yaradılır10.07.2026 - 08:59
Azərbaycan millisi futbol üzrə Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunda finala yüksəlib-FOTOLAR10.07.2026 - 08:51
Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir-FOTOLAR10.07.2026 - 08:47
Özəl klinikalarda yoxlama necə aparılır?10.07.2026 - 08:33
BMU-da yeni ixtisaslaşma: “Mühəndislikdə idarəetmə”10.07.2026 - 08:28
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib10.07.2026 - 08:26
“Xurşidbanu Natəvana ithaf”da gül gözəllik, həyat və yaradıcılıq rəmzidir10.07.2026 - 08:22
Gəncə səmasından İspaniya savaşına: unudulmuş aviatorlar-FOTO10.07.2026 - 08:19
“Qarabağ”ın yeni transferi: Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik və qələbə qazandıq10.07.2026 - 08:11
Təhsil TV”yə yeni direktor təyin edildi10.07.2026 - 08:03
Bakıda Türk Dövlətləri Təşkilatının Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu keçirilir10.07.2026 - 07:47
“ASAN xidmət” 100 milyonuncu vətəndaş müraciətini qəbul edib10.07.2026 - 07:40
“Rəqəmsal məktəb” növbəti tədris ilindən regionlarda da tətbiq olunacaq10.07.2026 - 07:30
Dilçilik İnstitutunun əməkdaşının yeni dərs vəsaiti işıq üzü görüb10.07.2026 - 07:23
Dövlət icra məmurluğuna namizədlər üçün test imtahanının vaxtı açıqlanıb10.07.2026 - 07:16
Beynəlxalq İslam Sivilizasiyası Forumu Səmərqənddə işini davam etdirir10.07.2026 - 07:05
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Sabir Əhmədli anılır10.07.2026 - 06:42
“Qırmızı Kitab”a düşən bitkilər yox olmaq təhlükəsi ilə üz-üzədir10.07.2026 - 06:33
Qarabağın zəngin biomüxtəlifliyini təsdiqləyən yeni elmi kəşflər edilib10.07.2026 - 06:19
"İqlim dəyişikliyinin yaratdığı ekoloji problemlərin həlli üçün beynəlxalq siyasi iradənin gücləndirilməsi zəruridir."- Politoloq Samir Hümbətov10.07.2026 - 06:13
Şuşada IV Qlobal Media Forumu keçiriləcək10.07.2026 - 06:05
Süni intellekt 12 yaşlı qıza öz startapını yaratmağa kömək edib10.07.2026 - 05:56
UFAZ-ın tələbəsi Çində süni intellekt üzrə yay tədqiqat proqramını uğurla başa vurub10.07.2026 - 05:41
Azərbaycanlı qadın güləşçi Avropa çempionatında gümüş medal qazandı10.07.2026 - 05:23
Beynəlxalq reytinqlərdə əldə olunan uğurlara töhfə verən əməkdaş və tələbələr təltif edildilər10.07.2026 - 05:18
Departament müdiri 30-cu Beynəlxalq Dədə Qorqud Simpoziumunda10.07.2026 - 05:12
"Burada hansı tariflər, sistemlər tətbiq olunacağını biz də gözləyirik"-Nəqliyyat Eksperti Raqif Raufoğlu10.07.2026 - 05:06
BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub10.07.2026 - 04:49
AzTU komandası 6-cı "University Demo Day" müsabiqəsində 3-cü yerə layiq görülüb10.07.2026 - 04:41
BMU-da “Radiorabitə, radioverilişlər və televiziya” ixtisaslaşması üzrə magistr hazırlığı başlayır10.07.2026 - 04:29
ADU-da 2027–2031-ci illər üzrə Strateji İnkişaf Planı müzakirə olunub10.07.2026 - 04:21
UNEC və Təhsil Şurası İctimai Birliyi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb10.07.2026 - 04:10
Firudin Qurbanov Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib10.07.2026 - 04:02
Tələbənin kirayə ev axtarışı: "Universitetə yaxınlıq prioritetdir" – Müsahibə09.07.2026 - 19:18
Müasir dövrdə uşağ və gənclərdə mütaliəyə, kitaba maraq oyatmaq və onlara ədəbiyyatı sevdirmək üçün nələr edilməlidir?09.07.2026 - 19:03
Xəzər Universitetinin tələbələri üçün praktiki sahə təlimi təşkil olunub - FOTOLAR09.07.2026 - 19:03
Görkəmli alim, tanınmış pedaqoq Əmralı Şirəli oğlu Şirəliyevin əziz xatirəsinə - BAŞSAĞLIĞI09.07.2026 - 18:58
Bakıda yeni təmayül tədris modelinə qeydiyyat davam edir09.07.2026 - 18:48
Xəzər Universitetinin departament müdiri Beynəlxalq Dədə Qorqud Simpoziumunda iştirak edib09.07.2026 - 18:35
Çində daşqın səbəbindən 39 nəfər ölüb, 9 nəfər itkin düşüb09.07.2026 - 18:18
Bakıda tələbələr kirayə ev axtararkən dələduzların qurbanı oldular09.07.2026 - 17:52
Peşə Liseyinə yeni direktor təyin olundu09.07.2026 - 17:47
Qlobal istiləşmə - Avropa tarixinin ən qızmar iyunu qeydə alınıb09.07.2026 - 17:40
İncəsənət məktəblərinə müəllim qəbulu: iştirak haqqı 80 manatdır09.07.2026 - 17:35
Konstitusiya Məhkəməsi Plenumu mühasibat və vergi məsləhətçilərinin öhdəlikləri ilə bağlı qərar qəbul edib09.07.2026 - 17:27
MİQ imtahanının vaxtı açıqlanıb09.07.2026 - 17:20
2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq - Komissiya sədri09.07.2026 - 17:12