Göstərdiyimiz oyundan razı qaldıq. Baş məşqçinin dediyi hər şeyi meydanda icra etdik və qələbə qazandıq. Futbolçular diqqətli idilər və verilən tapşırıqları yerinə yetirdilər. Əgər bunu davam etdirsək, nəticələr də gələcək.
“Tehsil365” AZƏRTACa istinadən xəbər verir ki, "Qarabağ"ın yeni transferi Bruno Lanqa UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda İslandiyanın "Vestri" klubunu 3:0 hesabı ilə məğlub etdikləri ilk görüşü dəyərləndirərkən deyib.
Start heyətində meydana çıxaraq Ağdam klubunda rəsmi debüt edən müdafiəçi çıxışından məmnun qaldığını bildirib: "Oyunuma görə xoşbəxtəm. Ancaq daha da inkişaf etməli, növbəti matçlarda daha yaxşı çıxış etməliyəm".
Mozambik millisinin üzvü “Qarabağ”ın UEFA Avropa Liqasında əsas mərhələyə yüksəlmək şanslarını yüksək qiymətləndirib: “Qarşıda bizi çətin oyunlar gözləyir. Sadəcə çox işləməli, məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməli, hər matça ciddi yanaşmalıyıq".
Qeyd edək ki, “Qarabağ” və “Vestri” arasında cavab görüşü iyulun 16-da İslandiyada keçiriləcək.

