Təhsil 365 - Logo Mobile

TKTA xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

12710.07.2026 - 10:29
TKTA xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlar, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə "onlayn" qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir.

Bu barədə “Tehsil365”-ə Təhsildə Keyfiyyətə Təminat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və şəxslərlə əməkdaşlıq etmir və bunların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Qeyd olunub ki, hazırda tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" (bundan sonra Qaydalar) əsasında, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir.

Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.

Belə ki, həm 4.1.4-cü, həm də 4.1.5-ci yarımbəndlərinin tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilama forması üzrə hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətinin bütün dövrü ərzində təhsil aldığı ölkənin ərazisində olması). Bu halda hər iki bənd üzrə tələblər təmin olunmuş olur. Qiyabi təhsilə gəldikdə isə Qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbənlərinin tələblərinin ödənilməsi üçün hər tədris ilinə münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir. Qeyd olunan müddətin tədris dövrünü əhatə etməsi zəruridir.

Əlavə olaraq vətəndaşlarımıza sözügedən Qaydalarla (//e-qanun.az/framework/54957), həmçinin //tkta.edu.az/az/media/faq FAQ bölməsində yer alan suallarla tanış olmağı tövsiyə edirik.

Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq.

Amin Cavayev

Xəbər Lenti

ADPU ilə Təhsil Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR10.07.2026 - 14:45
“Yay tətilində ekran qarşısında həddindən artıq vaxt keçirmək uşaqların beyin inkişafına mənfi təsir göstərə bilər” – Nevroloq Röyanə Quluzadə10.07.2026 - 14:23
SDU tarixində ilk: Universitetin ilk SABAH məzunları diplomlarını alıblar - FOTOLAR10.07.2026 - 14:05
NDU-nun psixologiya ixtisası üzrə tələbələri Ankarada klinik staj keçiblər - FOTOLAR10.07.2026 - 14:01
NDU-da “Sosial media platformalarında Azərbaycan ədəbiyyatının təbliği” kitabının təqdimatı keçirilib - FOTOLAR10.07.2026 - 13:58
NDU nümayəndə heyəti Çində beynəlxalq təlim proqramını başa vurub - FOTOLAR10.07.2026 - 13:53
BDU-da magistratura üzrə yeni ixtisaslaşma açılır10.07.2026 - 13:49
AzTU tələbələri beynəlxalq mübadilə proqramını uğurla başa vurublar10.07.2026 - 13:45
BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq10.07.2026 - 13:39
Rəngkarlıq fənni üzrə qabiliyyət imtahanının buraxılış vərəqələri təqdim edilib 10.07.2026 - 13:35
“Parla” Məzunlar İcmasının ilk görüşü keçirilib - FOTOLAR10.07.2026 - 13:32
"Rəqəmsal bacarıqlar" təmayüllü siniflərə qəbul üçün ikinci şans imtahanı keçiriləcək10.07.2026 - 13:23
UFAZ tələbəsi bp-nin təqaüd proqramının qalibləri sırasında yer alıb10.07.2026 - 13:20
Tayvanda tayfun təhlükəsi səbəbindən məktəblərdə dərslər dayandırılıb10.07.2026 - 13:17
NDU-nun 221 tələbəsi Türkiyədə yay təcrübəsi keçəcək - FOTOLAR10.07.2026 - 13:14
ADAU-da tədris ilinin yekunlarına həsr olunan Elmi Şura iclası keçirilib - FOTOLAR10.07.2026 - 13:10
NDU rektoru regional universitetlərin inkişaf perspektivlərindən danışıb10.07.2026 - 13:06
NDU tələbələri Xaraba Gilan arxeoloji abidəsində qazıntı işlərində iştirak ediblər10.07.2026 - 13:02
Gənclər Fondu və Bakcell təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTOLAR10.07.2026 - 11:33
“Bu gün artıq dünya sürətlə süni intellekti bütün sahələrdə tətbiq etməyə başlayıb” - Təhsil Eksperti Məzahir Məmmədli10.07.2026 - 11:18
Koreyalı şagirdlərə Azərbaycan haqqında məlumat verilib10.07.2026 - 10:55
Azərbaycan Qazaxıstandakı beynəlxalq mədəniyyət festivalında iştirak edir10.07.2026 - 10:51
Səhiyyə Nazirliyi epidemik parotitlə bağlı açıqlama yayıb10.07.2026 - 10:47
Qafqaz Albaniyasının tarixinə dair yeni kitab nəşr olunub10.07.2026 - 10:42
Azərbaycanlı alimin tədqiqatı beynəlxalq elmi jurnalda yayımlanıb10.07.2026 - 10:38
Təhsil nazirinin müavini Ruanda səfiri ilə görüşüb10.07.2026 - 10:33
Müəllimlərə ən yüksək maaş verilən ölkələr açıqlanıb10.07.2026 - 10:24
Azərbaycan-Çin elmi əlaqələrinin inkişafı müzakirə edildi10.07.2026 - 10:04
Alimlər Titan və Plutonda sirli kimyəvi izlər aşkarladı10.07.2026 - 09:49
Bu imtahanlarda hər 10 nəfərdən 7-si uğur qazana bilmir10.07.2026 - 09:44
Qazax-Tovuzda yüksək bal toplayan şagirdlərin təhsil aldığı məktəblər10.07.2026 - 09:38
Azərbaycan boksçuları beynəlxalq turnirdə mübarizə aparacaqlar10.07.2026 - 09:32
Saxta diplom hazırlayanlara sərt cəza: 5 ilədək həbs10.07.2026 - 09:32
Koreyalı məktəblilərə Azərbaycan haqqında məlumat verilib-FOTO10.07.2026 - 09:29
“Rəqəmsal məktəb” platforması 900 min istifadəçi həddini keçdi10.07.2026 - 09:27
Ən çox seçilən universitetlər - Quba-Xaçmaz abituriyentlərinin seçimləri10.07.2026 - 09:23
Qarabağ Universitetinin yeni proqramları Britaniya universitetləri ilə birgə hazırlanıb10.07.2026 - 09:19
Universitet tələbəsi vəfat etdi10.07.2026 - 09:16
Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək10.07.2026 - 09:11
Sabah 38 dərəcə isti olacaq10.07.2026 - 09:01
İşğaldan azad edilən ərazilərdə ilk qadın kooperativi Ağalıda yaradılır-FOTOLAR10.07.2026 - 08:59
Azərbaycan millisi futbol üzrə Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunda finala yüksəlib-FOTOLAR10.07.2026 - 08:51
Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir-FOTOLAR10.07.2026 - 08:47
Özəl klinikalarda yoxlama necə aparılır?10.07.2026 - 08:33
BMU-da yeni ixtisaslaşma: “Mühəndislikdə idarəetmə”10.07.2026 - 08:28
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib10.07.2026 - 08:26
“Xurşidbanu Natəvana ithaf”da gül gözəllik, həyat və yaradıcılıq rəmzidir10.07.2026 - 08:22