Təhsil 365 - Logo Mobile

NDU rektoru regional universitetlərin inkişaf perspektivlərindən danışıb

15310.07.2026 - 13:06
NDU rektoru regional universitetlərin inkişaf perspektivlərindən danışıb

UNEC Zaqatala filialının yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev də iştirak edib.

“Tehsil365” xəbər verir ki, yubiley proqramı çərçivəsində Zaqatala Heydər Əliyev Mərkəzində “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq konfrans təşkil olunub. Tədbir çərçivəsində Turizm Otağının, professor Məsud Əfəndiyevin adını daşıyan auditoriyanın və Regional İnnovasiya Mərkəzinin açılışı baş tutub.

Beynəlxalq elmi-praktiki konfrans çərçivəsində keçirilən “Regional universitetlərin regionların sosial-iqtisadi inkişafına təsiri” mövzusunda dəyirmi masada çıxış edən NDU rektoru Elbrus İsayev universitetin inkişaf strategiyası və regional ali təhsilin gələcək perspektivləri barədə fikirlərini bölüşüb.

Rektor bildirib ki, Naxçıvan Dövlət Universiteti muxtar respublikada yerləşməsinə baxmayaraq, təşkilati-struktur və kampus modeli baxımından ölkə əhəmiyyətli ali təhsil müəssisəsidir. O qeyd edib ki, universitet əcnəbi tələbələrin sayına görə ölkədə lider mövqedədir və beynəlxalq akademik əməkdaşlıqlar istiqamətində mühüm uğurlar əldə edib.

Elbrus İsayev çıxışında NDU-da son beş ildə uğurla tətbiq olunan Triple Helix (universitet–sənaye–dövlət əməkdaşlığı) modelinin universitetin inkişafına mühüm töhfə verdiyini də vurğulayıb.

O, beynəlxalq ali təhsil siyasətində regional universitet anlayışının dəyişdiyini bildirərək qeyd edib ki, müasir dövrdə əsas meyar universitetin yerləşdiyi məkan deyil, yerinə yetirdiyi missiyadır. Bu baxımdan NDU-nun fəaliyyətinin regional, milli və qlobal təsir istiqamətlərində inkişaf etdiyi diqqətə çatdırılıb.

Dəyirmi masa çərçivəsində regional universitetlərin inkişafı ilə bağlı bir sıra təkliflər də səsləndirilib. Təkliflər arasında universitetlərin fəaliyyətinin qiymətləndirilməsində “üçüncü missiya” indikatorlarının nəzərə alınması, istehsalat müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, professor-müəllim heyətinin region universitetlərinə rotasiya əsasında ezam olunması və ixtisaslaşma modelinə keçidin təşviqi yer alıb.

Səfər zamanı tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkür ifadə olunub, UNEC Zaqatala filialının regionun sosial-iqtisadi inkişafına və yüksək ixtisaslı kadr hazırlığına mühüm töhfə verdiyi vurğulanıb.


Zümrüd Əlicanlı

Xəbər Lenti

Bu il 44 min uşaq bağçalara qəbul olunub24.08.2026 - 15:25
İxtisas seçiminin nəticələri AÇIQLANDI24.08.2026 - 15:20
Ekspert: “Məktəblərdə hərbi dərslərin daha erkən keçirilməsinə ehtiyac yoxdur”24.08.2026 - 11:00
BMU-nun gənc əməkdaşının məqaləsi yüksək reytinqli elmi jurnalda24.08.2026 - 10:55
Buxarada tarixi “Ark” qalası ziyarət olunub24.08.2026 - 10:50
Kolleclərdə keçid balları AÇIQLANDI – Bəzi ixtisaslarda 40 bal24.08.2026 - 10:45
9 olimpiada qalibi Dövlət Proqramının iştirakçısı oldu24.08.2026 - 10:40
Məktəbdə hansı davranışlar polisə müraciətə səbəb ola bilər? – QAYDA24.08.2026 - 10:35
Azərbaycan və Özbəkistan arasında tarixi sənəd imzalandı24.08.2026 - 10:30
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq24.08.2026 - 10:25
Magistraturada boş qalan yerlər üçün qəbul başladı24.08.2026 - 10:20
Sertifikasiya müsahibəsində düşəcək mövzular24.08.2026 - 10:15
Kolleclərə ixtisas seçimi bu tarixdə başlayır24.08.2026 - 10:10
İlham Əliyev və Mehriban Əliyeva Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar24.08.2026 - 10:05
Abituriyentlərin DİQQƏTİNƏ – İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq?24.08.2026 - 10:00
Taksi sürücüləri üçün imtahana qeydiyyat BAŞLADI24.08.2026 - 09:55
Sabaha olan hava proqnozu24.08.2026 - 09:50
Lənkəran-Astara RTİ-dən İŞ ELANI24.08.2026 - 09:45
İlham Əliyev və Mehriban Əliyeva Buxaraya səfər ediblər24.08.2026 - 09:40
Günəşdə bir həftəsonunda 9 partlayış qeydə alındı24.08.2026 - 09:35
Qazax-Tovuz RTİ-də iş imkanı - Müsabiqə elan edilir24.08.2026 - 09:30
Niderlandda məktəb avtobusu qəza törətdi24.08.2026 - 09:25
Şəki-Zaqatala RTİ işə qəbul üzrə müsabiqə elan edir24.08.2026 - 09:20
Vətəndaşların DİQQƏTİNƏ: Nazir avqust ayında qəbul keçirəcək24.08.2026 - 09:15
Mayottada məktəblərin 40%-i dağılıb24.08.2026 - 09:10
Kolleclərdə illik təhsil haqları açıqlandı - Abituriyentlərin DİQQƏTİNƏ24.08.2026 - 09:05
Surxay Ərəbli: “Bu torpağın hər qarışında bir tarix var…” 24.08.2026 - 09:02
Uşaqlar telefon istifadə edərkən DİQQƏT – Ən həssas yaşlar24.08.2026 - 09:00
Azərbaycan elminə ağır itki üz verib24.08.2026 - 08:48
Tarixdə bu gün: Ruslar Bərdə şəhərini ələ keçirdilər24.08.2026 - 05:58
Direktor müavinlərinin işə qəbulu üzrə qeydiyyat BAŞLAYIR24.08.2026 - 05:47
AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq24.08.2026 - 05:37
Qanun bu şəxslərin müəllim işləməsini QADAĞAN edir24.08.2026 - 05:28
Süni intellekt bitkilərə immunitet qazandıracaq24.08.2026 - 05:19
Günün havası - 40 dərəcə isti...24.08.2026 - 05:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar24.08.2026 - 04:48
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub24.08.2026 - 04:39
BSU-da özbək dilinin tədrisinə maraq artır: yeni tədris ili üçün 45 yer proqnozlaşdırılır24.08.2026 - 04:25
Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib24.08.2026 - 04:13
Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib24.08.2026 - 04:02
Agentliyin direktoru vətəndaşları qəbul edib23.08.2026 - 15:35
İxtisas seçiminin nəticələri bu gün açıqlanacaq? - DİM-dən AÇIQLAMA23.08.2026 - 15:17
45 dəqiqəlik mühazirələrə son: təhsildə yeni Stenford modeli23.08.2026 - 15:12
Ekspert: “Bəzi məktəblərdə idman dərsləri üçün heç bir şərait yoxdur”23.08.2026 - 08:00
Direktor müavini olmaq istəyənlərin DİQQƏTİNƏ23.08.2026 - 07:40
23 avqust - Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür23.08.2026 - 07:30
Azərbaycanın turizm imkanları Kuala Lumpurda təqdim edilib23.08.2026 - 07:20
Bu gün meteohəssas insanlar üçün əlverişsiz hava olacaq23.08.2026 - 07:10