Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Aydan Bağırova bp-nin "Gələcəyin Qadın İstedadları 2026" təqaüd proqramının qalibləri sırasında yer alıb.
“Tehsil365" xəbər verir ki, proqram 2028-ci ildə məzun olacaq tələbə qızlar üçün nəzərdə tutulub və enerji sektorunda karyera qurmaq istəyən gənc xanımların akademik və peşəkar inkişafının dəstəklənməsini hədəfləyir.
Təqaüd proqramı iştirakçılara bilik və bacarıqlarını inkişaf etdirmək, peşəkar mühitlə tanış olmaq və gələcək karyeralarına dəstək verəcək imkanlardan yararlanmaq imkanı yaradır.

