İyulun 10–23-də learn.algoritmika.az platformasında "Rəqəmsal bacarıqlar" təmayüllü 10-cu siniflərə qəbul üzrə ikinci şans imtahanı keçiriləcək.
“Tehsil365" xəbər verir ki, imtahanda iştirak etmək istəyən şagirdlər kompüter vasitəsilə learn.algoritmika.az platformasına daxil olaraq "Qəbul imtahanı" bölməsinə keçid etməli, "İmtahana başla" düyməsini seçərək 90 dəqiqə ərzində imtahanı tamamlamalıdırlar.
Qeyd edək ki, ikinci şans imtahanı may ayında təşkil olunan birinci mərhələdə uğur qazana bilməyən və ya bu dəfə yeni qeydiyyatdan keçmiş şagirdlər üçün nəzərdə tutulub.

