Təsviri sənət istiqamətinin 15-ci komissiyası üzrə rəsm fənnindən müsbət qiymət almış abituriyentlər (subbakalavrlar) rəngkarlıq fənni üzrə qabiliyyət imtahanının buraxılış vərəqələrini çap edə bilərlər.
“Tehsil365" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilib.
Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və qabiliyyət imtahanına buraxılış vərəqəsini təqdim etməlidirlər.
Qeyd olunub ki, qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları ilə bağlı məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında yer alıb.
Həmçinin qabiliyyət imtahanlarının qrafikinin mütəmadi yeniləndiyi və digər imtahanların tarixləri müəyyənləşdikcə cədvələ əlavə ediləcəyi bildirilib.

