Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri 2025/2026-cı tədris ilinin yaz semestrində ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən tələbə mübadiləsi proqramında iştirak edərək xarici ali təhsil müəssisələrində təhsil alıblar.
“Tehsil365" xəbər verir ki, proqram çərçivəsində İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin kompüter elmləri ixtisası üzrə təhsil alan Əziz Rafiq Soltan oğlu Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTÜ), eyni ixtisas üzrə təhsil alan Abbas Ayxan Emin oğlu isə İndoneziya Universitetində təhsilini uğurla başa vurub.
Bundan əlavə, Sənaye iqtisadiyyatı və menecment fakültəsinin biznesin idarə edilməsi ixtisasının tələbəsi Ayaz Ömərli İtaliyanın Roma Sapienza Universitetində bir semestrlik mübadilə proqramını müvəffəqiyyətlə tamamlayıb.
Qeyd olunub ki, tələbələr mübadilə proqramı müddətində ixtisasları üzrə beynəlxalq təcrübə qazanmaq, fərqli akademik mühitlə tanış olmaq və biliklərini zənginləşdirmək imkanı əldə ediblər.

