Naxçıvan Dövlət Universitetinin (NDU) Psixologiya ixtisası üzrə təhsil alan tələbələri Türkiyənin Ankara Universiteti Tibb fakültəsində klinik staj proqramında iştirak ediblər.
“Tehsil365" xəbər verir ki, 6–7 iyul tarixlərində keçirilən proqram çərçivəsində III kurs tələbələri Psixiatriya şöbəsində, II kurs tələbələri isə Nevrologiya şöbəsində praktik fəaliyyətlərə cəlb olunublar.
Rotasiya prinsipi əsasında təşkil olunan staj müddətində tələbələr mütəxəssis həkimlərin nəzarəti altında şöbələrin iş prinsipləri, pasiyentlərin klinik qiymətləndirilməsi, müşahidə prosesləri, pasiyentlərlə peşəkar ünsiyyət və multidissiplinar komanda işinin xüsusiyyətləri ilə yaxından tanış olublar.
Bildirilib ki, beynəlxalq klinik mühitdə keçirilən staj proqramı tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, peşəkar səriştələrinin inkişafına və gələcək fəaliyyətləri üçün mühüm klinik təcrübə qazanmalarına əhəmiyyətli töhfə verir
.

