Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya və pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti Samirə Həsənova AZƏRTAC-a bağçaya qəbul prosesindəki yeniliklərlə bağlı müsahibə verib.
“Tehsil 365” xəbər verir ki"Bağçaya qəbul prosesində yeni mərhələ: Dəyişikliklər nə vəd edir?" sərlövhəli müsahibəsində o, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesində tətbiq olunan yeniliklər, onların valideynlər və uşaqlar üçün yaratdığı imkanlar, həmçinin dəyişikliklərin təhsil sisteminə mümkün təsirləri barədə fikirlərini bölüşüb.

