Təhsil 365 - Logo Mobile

11 iyul – Ümumdünya Əhali Günü qeyd olunur

15311.07.2026 - 06:12
11 iyul – Ümumdünya Əhali Günü qeyd olunur

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 1987-ci il iyulun 11-də Yer kürəsinin əhalisi 5 milyarda çatmışdır. Bu tarix "Beş Milyard Günü" kimi tarixə düşüb.

“Tehsil365” xəbər verir ki, 1990-cı ilin dekabrında BMT Baş Assambleyası 45/216 saylı qətnaməni qəbul edərək hər il 11 iyul tarixinin Ümumdünya Əhali Günü kimi qeyd olunmasını təsis edib. Bu günün məqsədi əhali məsələləri, onların ətraf mühit və dayanıqlı inkişafla əlaqəsi barədə ictimai məlumatlılığı artırmaqdır.

Dünya əhalisinin sürətlə artması hələ 1960-cı illərdə BMT-nin ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilib. 1950–2020-ci illər ərzində dünya əhalisi üç dəfədən çox artıb. "Beş Milyard Günü"nün 20-ci ildönümündə – 2007-ci il iyulun 11-də dünya əhalisi 6,7 milyarda çatıb, 2022-ci ildə isə bu rəqəm 8 milyardı ötüb.

Dünya əhalisi hər il təxminən 83 milyon nəfər artır. Hazırda Yer kürəsi sakinlərinin sayı 8.3 milyarda çatıb. BMT-nin orta proqnozlarına əsasən, 2030-cu ildə Yer kürəsində 8,5 milyard, 2050-ci ildə 9,7 milyard, 2100-cü ildə isə 10,9 milyard insan yaşayacaq. Həmin göstəricilər müəyyən dərəcədə ailə planlaşdırılması proqramlarının səmərəliliyindən də asılıdır.

Əhali məsələləri sahəsində BMT-nin apardığı genişmiqyaslı fəaliyyət, xüsusilə əhalinin sayına və demoqrafik dəyişikliklərə dair hazırladığı nüfuzlu qiymətləndirmələr və proqnozlar ölkələrdə uzunmüddətli inkişaf planlaşdırılmasının möhkəmləndirilməsinə, demoqrafik statistikanın sosial-iqtisadi inkişaf strategiyalarına inteqrasiyasına və əsaslandırılmış qərarların qəbuluna mühüm töhfə verir.

XXI əsrdə qlobal istiləşmə problemi daha da kəskin xarakter alıb. Bunun əsas səbəblərindən biri dünya əhalisinin artması və insanların təbii resurslardan intensiv istifadəsidir. Bu proseslər çox vaxt Yer kürəsinin resurslarına və ətraf mühitə mənfi təsir göstərərək geri dönməz nəticələrə səbəb olur.

Bununla yanaşı, dünyada urbanizasiya səviyyəsi sürətlə yüksəlir və miqrasiya prosesləri intensivləşir. 2007-ci il tarixdə ilk dəfə olaraq şəhərlərdə yaşayan insanların sayı kənd əhalisini üstələyib. Proqnozlara görə, 2050-ci ildə dünya əhalisinin təxminən 66 faizi şəhərlərdə yaşayacaq. Həmin tendensiyalar iqtisadi inkişaf, məşğulluq, gəlirlərin bölüşdürülməsi, yoxsulluq və sosial müdafiə sistemlərinə ciddi təsir göstərir. Eyni zamanda, səhiyyə, təhsil, mənzil, sanitariya, içməli su, ərzaq və enerji kimi əsas xidmətlərə hamının bərabər çıxışının təmin edilməsində də mühüm rol oynayır. İnsanların ehtiyaclarını daha səmərəli şəkildə qarşılamaq üçün qərar qəbul edən şəxslərin Yer üzündə nə qədər insanın yaşadığını, onların harada yerləşdiyini, yaş strukturunu və gələcək demoqrafik dəyişiklikləri dəqiq bilməsi vacibdir.

Məhz buna görə də Ümumdünya Əhali Gününün əsas məqsədi əhali problemlərinə, ümumi inkişaf proqramlarına və bu sahədə mövcud qlobal çağırışların həllinə diqqəti cəlb etməkdir. Hər il bu gün müəyyən bir mövzuya həsr olunur. Bu il təqvim gününün devizi "Gənclərin ümid və arzularının həyata keçirilməsi – həm bu gün, həm də gələcək üçün." adlanır.

Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 7 min 987 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il may ayının 1-i vəziyyətinə 10 milyon 270 min 338 nəfərə çatıb. Azərbaycan Respublikası Qaçqınların və

Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan

Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən iyunun 1-dək işğaldan azad edilmiş ərazilərə 36 min 492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88 min 123 nəfər təşkil edib.

Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Fidan Məmmədli

Xəbər Lenti

“Cyber Summer School 2026”nın iştirakçıları kibertəhlükəsizlik yarışında biliklərini sınağa çəkiblər-FOTOLAR11.07.2026 - 09:15
DNT Skandinaviyanın orta əsrlər dəfn yerlərinin sirlərini açır11.07.2026 - 08:55
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasına daxili baxış olub-FOTOLAR11.07.2026 - 08:51
“Cəngi” ansamblı Moskvada çıxış edib11.07.2026 - 08:36
Sabah 38 dərəcə isti olacaq11.07.2026 - 08:30
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu dekolonizasiya prosesinə mühüm töhfə verib11.07.2026 - 08:27
Burkina-fasolu jurnalist: Bakı Təşəbbüs Qrupu dekolonizasiya ilə bağlı səslərin dünyaya çatdırılmasına imkan yaradır11.07.2026 - 08:18
Şuşa Media Forumu: Qlobal media dialoqunun Azərbaycan platforması-FOTO11.07.2026 - 08:11
Professor Arif Səlimov XXII Beynəlxalq Həndəsə Konfransında iştirak edib11.07.2026 - 06:50
Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub11.07.2026 - 06:37
İrpendə Azərbaycan xalçalarının nadir nümunələri nümayiş etdirilir11.07.2026 - 06:29
“BaiQymyz-2026” festivalı turizm və milli ənənələri bir araya gətirir11.07.2026 - 06:21
Dekolonizasiya prosesində medianın rolu müzakirə olunur11.07.2026 - 06:05
Teatr və kino sənəti müasir gənclərin mənəvi inkişafına və dünyagörüşünün formalaşmasına necə təsir edir?10.07.2026 - 20:08
Şəhid bacısı Aysel Quliyevaya “Firidun bəy Köçərli” mükafatı təqdim edilib10.07.2026 - 18:34
Altıncı "Yüksəliş"də 130 nəfər finala vəsiqə qazanıb10.07.2026 - 18:24
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ10.07.2026 - 18:16
Bu ixtisaslar gələcəyin "qızıl bileti" sayılır - 10 min AZN-ə çatan MAAŞLAR10.07.2026 - 18:13
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı yenilik10.07.2026 - 18:06
Ali Məhkəmədə Latviya Konstitusiya Məhkəməsinin sədri ilə görüş keçirildi10.07.2026 - 17:51
Ağstafada Səməd Vurğunun 120 illik yubileyi qeyd olundu 10.07.2026 - 17:44
Bağçaya qəbul prosesində yeni mərhələ: Dəyişikliklər nə vəd edir?10.07.2026 - 17:20
ADPU ilə Təhsil Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR10.07.2026 - 14:45
“Yay tətilində ekran qarşısında həddindən artıq vaxt keçirmək uşaqların beyin inkişafına mənfi təsir göstərə bilər” – Nevroloq Röyanə Quluzadə10.07.2026 - 14:23
SDU tarixində ilk: Universitetin ilk SABAH məzunları diplomlarını alıblar - FOTOLAR10.07.2026 - 14:05
NDU-nun psixologiya ixtisası üzrə tələbələri Ankarada klinik staj keçiblər - FOTOLAR10.07.2026 - 14:01
NDU-da “Sosial media platformalarında Azərbaycan ədəbiyyatının təbliği” kitabının təqdimatı keçirilib - FOTOLAR10.07.2026 - 13:58
NDU nümayəndə heyəti Çində beynəlxalq təlim proqramını başa vurub - FOTOLAR10.07.2026 - 13:53
BDU-da magistratura üzrə yeni ixtisaslaşma açılır10.07.2026 - 13:49
AzTU tələbələri beynəlxalq mübadilə proqramını uğurla başa vurublar10.07.2026 - 13:45
BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq10.07.2026 - 13:39
Rəngkarlıq fənni üzrə qabiliyyət imtahanının buraxılış vərəqələri təqdim edilib 10.07.2026 - 13:35
“Parla” Məzunlar İcmasının ilk görüşü keçirilib - FOTOLAR10.07.2026 - 13:32
"Rəqəmsal bacarıqlar" təmayüllü siniflərə qəbul üçün ikinci şans imtahanı keçiriləcək10.07.2026 - 13:23
UFAZ tələbəsi bp-nin təqaüd proqramının qalibləri sırasında yer alıb10.07.2026 - 13:20
Tayvanda tayfun təhlükəsi səbəbindən məktəblərdə dərslər dayandırılıb10.07.2026 - 13:17
NDU-nun 221 tələbəsi Türkiyədə yay təcrübəsi keçəcək - FOTOLAR10.07.2026 - 13:14
ADAU-da tədris ilinin yekunlarına həsr olunan Elmi Şura iclası keçirilib - FOTOLAR10.07.2026 - 13:10
NDU rektoru regional universitetlərin inkişaf perspektivlərindən danışıb10.07.2026 - 13:06
NDU tələbələri Xaraba Gilan arxeoloji abidəsində qazıntı işlərində iştirak ediblər10.07.2026 - 13:02
Gənclər Fondu və Bakcell təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTOLAR10.07.2026 - 11:33
“Bu gün artıq dünya sürətlə süni intellekti bütün sahələrdə tətbiq etməyə başlayıb” - Təhsil Eksperti Məzahir Məmmədli10.07.2026 - 11:18
Koreyalı şagirdlərə Azərbaycan haqqında məlumat verilib10.07.2026 - 10:55
Azərbaycan Qazaxıstandakı beynəlxalq mədəniyyət festivalında iştirak edir10.07.2026 - 10:51
Səhiyyə Nazirliyi epidemik parotitlə bağlı açıqlama yayıb10.07.2026 - 10:47
Qafqaz Albaniyasının tarixinə dair yeni kitab nəşr olunub10.07.2026 - 10:42
Azərbaycanlı alimin tədqiqatı beynəlxalq elmi jurnalda yayımlanıb10.07.2026 - 10:38