Təhsil 365 - Logo Mobile

Müəllimlərə NƏZƏRİNƏ - Bu davranışlar etik qaydalara zidd sayılır

12411.07.2026 - 13:03
Müəllimlərə NƏZƏRİNƏ - Bu davranışlar etik qaydalara zidd sayılır

Bu qaydalar müəllimlərin yalnız dərs prosesində deyil, həm də ictimai davranışında, həmkarları və rəhbərliklə münasibətlərində, eləcə də cəmiyyət qarşısındakı məsuliyyətində əsas meyar hesab olunur.

“Tehsil365” xəbər verir ki, bu barədə "Müəllimlərin etik davranış qaydaları"nda qeyd olunub.

Qaydalara əsasən, müəllim peşə fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmalı, vicdanlı və peşəkar davranmalı, şəxsi nümunəsi ilə şagirdlərin, valideynlərin və cəmiyyətin təhsil sisteminə inamını möhkəmləndirməlidir.

Sənədə görə, müəllim işlədiyi və ya digər təhsil müəssisələrinin, eləcə də dövlət qurumlarının fəaliyyəti ilə bağlı (qanunsuz hallar istisna olmaqla) ictimai tənqidi çıxışlardan və mənfi ictimai qiymətləndirmələrdən çəkinməlidir. Həmçinin müəllim adına və təhsil müəssisəsinin nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

Etik davranış qaydalarında müəllimin təhsilalanlarla, valideynlərlə, həmkarları və rəhbərliklə münasibətlərində nəzakətli, xeyirxah və təmkinli olması, irad və tənqidləri qəbul etməsi, xarici görünüşünə və geyiminə xüsusi diqqət yetirməsi də tələb olunur.

Sənəddə vurğulanır ki, müəllim peşə fəaliyyətində qərəzsiz olmalı, irqi, milli, dini, siyasi və digər mənsubiyyətə görə ayrı-seçkiliyə yol verməməli, siyasi bitərəfliyini qorumalıdır.

Bundan başqa, müəllim təhsilalanların, onların valideynlərinin və həmkarlarının şəxsi məlumatlarının məxfiliyini təmin etməli, qanunvericilikdə nəzərdə tutulmayan hallarda həmin məlumatları yaymamalıdır. Eyni zamanda, müəllim işlədiyi təhsil müəssisəsi ilə bağlı kütləvi informasiya vasitələrinin qanunvericiliyə uyğun şəkildə düzgün məlumatlandırılmasına da kömək göstərməlidir.

Ayşən Cəlilova

Xəbər Lenti

Azərbaycan Tibb Universitetində "Məzun Günü" təntənə ilə qeyd olunub11.07.2026 - 17:52
Anar Eminov: “Universitet-sənaye əməkdaşlığı tələbə, məzun və əməkdaşlarımız üçün yeni imkanlar yaradır”11.07.2026 - 17:45
Abituriyentlərə VACİB xəbərdarlıq: Kimlər ixtisas seçiminə buraxılmayacaq?11.07.2026 - 17:42
Cəmi 2 həftəyə 31 yeni canlı növü kəşf edildi11.07.2026 - 17:34
Kainatın ən qədim nəhəng qara dəlikləri aşkar edildi11.07.2026 - 17:30
Müəllimlərə NƏZƏRİNƏ - Bu davranışlar etik qaydalara zidd sayılır11.07.2026 - 17:27
Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ11.07.2026 - 17:22
Azərbaycan Tibb Universitetində "Məzun Günü" təntənə ilə qeyd olunub - FOTOLAR11.07.2026 - 16:29
Bəzi sertifikasiya suallarını şagirdlər də cavablandıra bilərdi - AÇIQLAMA11.07.2026 - 15:54
Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında görüş keçirilib11.07.2026 - 15:46
Rasif Bağırov xəbərdarlıq edir: "Yüngül xəstəlik" yoxdur – İlk yardımı bilmək həyat qurtarır11.07.2026 - 15:36
V "Cyber Summer School 2026" kiber düşərgəsi başa çatıb11.07.2026 - 15:03
ARTİ əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub11.07.2026 - 14:43
ADA Universitetində "Media Masası" adlı tədbir keçirilib11.07.2026 - 14:38
Doktoranturaya qəbul imtahanının tarixləri açıqlandı11.07.2026 - 13:34
Abituriyentlərə VACİB xəbərdarlıq: Kimlər ixtisas seçiminə buraxılmayacaq?11.07.2026 - 13:26
Azərbaycanlı gənclərin böyük uğuru: Festivalın qalibi oldular11.07.2026 - 13:16
“Cyber Summer School 2026”nın iştirakçıları kibertəhlükəsizlik yarışında biliklərini sınağa çəkiblər-FOTOLAR11.07.2026 - 09:15
DNT Skandinaviyanın orta əsrlər dəfn yerlərinin sirlərini açır11.07.2026 - 08:55
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasına daxili baxış olub-FOTOLAR11.07.2026 - 08:51
“Cəngi” ansamblı Moskvada çıxış edib11.07.2026 - 08:36
Sabah 38 dərəcə isti olacaq11.07.2026 - 08:30
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu dekolonizasiya prosesinə mühüm töhfə verib11.07.2026 - 08:27
Burkina-fasolu jurnalist: Bakı Təşəbbüs Qrupu dekolonizasiya ilə bağlı səslərin dünyaya çatdırılmasına imkan yaradır11.07.2026 - 08:18
Şuşa Media Forumu: Qlobal media dialoqunun Azərbaycan platforması-FOTO11.07.2026 - 08:11
Professor Arif Səlimov XXII Beynəlxalq Həndəsə Konfransında iştirak edib11.07.2026 - 06:50
Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub11.07.2026 - 06:37
İrpendə Azərbaycan xalçalarının nadir nümunələri nümayiş etdirilir11.07.2026 - 06:29
“BaiQymyz-2026” festivalı turizm və milli ənənələri bir araya gətirir11.07.2026 - 06:21
11 iyul – Ümumdünya Əhali Günü qeyd olunur11.07.2026 - 06:12
Dekolonizasiya prosesində medianın rolu müzakirə olunur11.07.2026 - 06:05
Teatr və kino sənəti müasir gənclərin mənəvi inkişafına və dünyagörüşünün formalaşmasına necə təsir edir?10.07.2026 - 20:08
Şəhid bacısı Aysel Quliyevaya “Firidun bəy Köçərli” mükafatı təqdim edilib10.07.2026 - 18:34
Altıncı "Yüksəliş"də 130 nəfər finala vəsiqə qazanıb10.07.2026 - 18:24
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ10.07.2026 - 18:16
Bu ixtisaslar gələcəyin "qızıl bileti" sayılır - 10 min AZN-ə çatan MAAŞLAR10.07.2026 - 18:13
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı yenilik10.07.2026 - 18:06
Ali Məhkəmədə Latviya Konstitusiya Məhkəməsinin sədri ilə görüş keçirildi10.07.2026 - 17:51
Ağstafada Səməd Vurğunun 120 illik yubileyi qeyd olundu 10.07.2026 - 17:44
Bağçaya qəbul prosesində yeni mərhələ: Dəyişikliklər nə vəd edir?10.07.2026 - 17:20
ADPU ilə Təhsil Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR10.07.2026 - 14:45
“Yay tətilində ekran qarşısında həddindən artıq vaxt keçirmək uşaqların beyin inkişafına mənfi təsir göstərə bilər” – Nevroloq Röyanə Quluzadə10.07.2026 - 14:23
SDU tarixində ilk: Universitetin ilk SABAH məzunları diplomlarını alıblar - FOTOLAR10.07.2026 - 14:05
NDU-nun psixologiya ixtisası üzrə tələbələri Ankarada klinik staj keçiblər - FOTOLAR10.07.2026 - 14:01
NDU-da “Sosial media platformalarında Azərbaycan ədəbiyyatının təbliği” kitabının təqdimatı keçirilib - FOTOLAR10.07.2026 - 13:58
NDU nümayəndə heyəti Çində beynəlxalq təlim proqramını başa vurub - FOTOLAR10.07.2026 - 13:53
BDU-da magistratura üzrə yeni ixtisaslaşma açılır10.07.2026 - 13:49