Təhsil 365 - Logo Mobile

"Övladınızın gələcəyini öz arzularınız üzərində deyil, onun potensialı üzərində qurun"- Psixoloq Mətanət Əliyeva

15213.07.2026 - 04:42
"Övladınızın gələcəyini öz arzularınız üzərində deyil, onun potensialı üzərində qurun"- Psixoloq Mətanət Əliyeva

“Universitet seçimi gəncin həyatında ən vacib qərarlardan biridir”.

Bu fikirləri “Tehsil365” ə açıqlamasında psixoloq Mətanət Əliyeva deyib.

“Bu dövrdə valideyn dəstəyi çox önəmlidir. Lakin dəstək təzyiqə çevrildikdə, bu, gəncin psixoloji sağlamlığına ciddi təsir göstərə bilər”.

Onun fikirlərinə görə, yeniyetməlik və gənclik dövrü şəxsiyyətin, maraqların və peşə kimliyinin formalaşdığı mərhələdir. Əgər valideyn övladının maraqlarını, bacarıqlarını və potensialını nəzərə almadan yalnız öz istəklərini qəbul etdirməyə çalışırsa, gəncdə güclü daxili konflikt yaranır. Bir tərəfdən valideynini məyus etmək istəmir, digər tərəfdən isə öz arzularından imtina etməyə məcbur olur. Bu vəziyyət narahatlıq, stress, özünəinamın azalması və qərar verməkdə çətinliklə nəticələnə bilər.

“Bəzi gənclər valideynlərinin istədiyi ixtisasa qəbul olsalar belə, sonradan həmin sahəyə qarşı motivasiyalarını itirir, akademik uğurları aşağı düşür və peşə seçimindən narazılıq yaşayırlar. Uzunmüddətli perspektivdə bu, peşə tükənmişliyinə, işindən məmnun olmamağa və hətta depressiv əlamətlərin yaranmasına səbəb ola bilər”.

O qeyd edib ki, psixologiyada özünü müəyyən etmə nəzəriyyəsi (Self-Determination Theory) göstərir ki, insanın daxili motivasiyası onun seçim azadlığı hiss etdikdə daha güclü olur. Gənc öz maraq və bacarıqlarına uyğun seçim etdikdə həm təhsilində, həm də gələcək peşə fəaliyyətində daha uğurlu və məmnun olur.

“Valideynlər unutmamalıdırlar ki, onların vəzifəsi övladının yerinə qərar vermək deyil, ona doğru qərar verməsi üçün dəstək olmaqdır. Bunun üçün gəncin maraqlarını dinləmək, bacarıqlarını obyektiv qiymətləndirmək, peşələr haqqında birlikdə araşdırma aparmaq və qərarvermə prosesində onu istiqamətləndirmək daha sağlam yanaşmadır”.

“Mən hər zaman valideynlərə deyirəm ki, övladınızın gələcəyini öz arzularınız üzərində deyil, onun potensialı üzərində qurun. Çünki uğurlu karyera yalnız yüksək maaşla deyil, insanın öz peşəsini sevərək və mənalı hesab edərək işləməsi ilə formalaşır. Dəstək görən və seçim hüququna hörmət edilən gənclər həm psixoloji baxımdan daha sağlam olur, həm də gələcək həyatlarında daha məsuliyyətli və özünə güvənən fərdlər kimi formalaşırlar”- deyə Mətanət Əliyeva əlavə edib.

Nuray Babayeva

Xəbər Lenti

Bakı Xoreoqrafiya Akademiyası milli rəqs irsinin qorunması istiqamətində layihələr həyata keçirir13.07.2026 - 07:55
Bakıda I sinfə qəbul elektron sistemi üzrə müraciətlər artmaqda davam edir13.07.2026 - 07:51
Görkəmli kinooperator Rasim İsmayılovun anadan olmasının 90 illiyi tamam olur13.07.2026 - 07:44
TƏBİB və “Azerconnect Group” təcili tibbi yardım xidmətində süni intellekt həllərini tətbiq edəcək13.07.2026 - 07:39
“Arşın mal alan” tamaşası Nahidə Orucovanın 65 illik yubileyinə həsr olunub13.07.2026 - 07:37
Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasının 100 illiyi tamam olur13.07.2026 - 07:29
BMU-nun “Qırmızı cəsurlar” komandası milli energetik materiallar proqramının qalibi olub13.07.2026 - 07:25
Prezident İlham Əliyev: Qarabağın bərpası və dayanıqlı inkişaf əsas gündəliyimizdir13.07.2026 - 07:15
UNEC qəbul şansını hesablayan onlayn platformanı istifadəyə verib13.07.2026 - 07:14
Azərbaycan alimləri iki yeni mikrogöbələk növünü qeydə alıblar13.07.2026 - 07:10
Şuşada “Əbədiyyətin səsi” monumental heykəltaraşlıq kompozisiyası ucaldılıb13.07.2026 - 07:05
Bu ilin ilk yarısında 200 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub13.07.2026 - 06:59
Tələbələrin yerdəyişməsi üçün müraciətlər iyulun 19-dək qəbul ediləcək13.07.2026 - 06:53
Vüsal Nəsirli Şuşada vətəndaşları qəbul edəcək13.07.2026 - 06:48
Alimlər xərçəng hüceyrələrini məhv edən yeni “molekulyar çəkic” üsulu hazırlayıblar13.07.2026 - 06:43
Körfəzdə artan gərginlik neft bazarında yeni qiymət artımı gözləntiləri yaradır13.07.2026 - 06:35
AZAL beynəlxalq “Great Place to Work” sertifikatı al13.07.2026 - 06:28
“SİMA İmza” biznes üçün rəqəmsal vergi xidmətlərini sadələşdirir13.07.2026 - 06:21
Suriyada yeni parlament ilk sədrini müəyyənləşdirib13.07.2026 - 06:17
Dövlət başçısı 907-ci düzəlişin ləğvinin vacibliyini vurğulayıb13.07.2026 - 06:14
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb13.07.2026 - 05:59
Oturaq işdə artıq çəki almamaq üçün nə etmək lazımdır?13.07.2026 - 05:48
Azərbaycanın sərbəst güləş millisi iki rekordu yeniləyib13.07.2026 - 05:14
Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanır13.07.2026 - 04:54
UNEC tələbəsi vəfat etdi13.07.2026 - 04:23
Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazanıb13.07.2026 - 04:14
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır13.07.2026 - 04:04
Bu gün keçirilən imtahanlarda 12 nəfərdə telefon aşkarlanıb və imtahandan kənarlaşdırılıb12.07.2026 - 09:40
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib12.07.2026 - 09:33
Qusarda regional konfrans: Müasir tibbin aktual mövzuları müzakirə olunub12.07.2026 - 09:28
"Şəhidin səsi" proqramının növbəti buraxılışı şəhid polis Seymur Mahmudovun xatirəsinə həsr olunacaq12.07.2026 - 09:20
İyulun 13-nə olan hava proqnozu açıqlanıb12.07.2026 - 09:02
ABŞ-nin nüfuzlu universiteti tədris prosesində süni intellektdən istifadəni qadağan edib12.07.2026 - 08:30
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib12.07.2026 - 08:23
Aydın Tağıyevin kitabının təqdimatı oldu-FOTOLAR12.07.2026 - 08:09
“Tovuz döyüşləri – Zəfərə gedən yol” adlı virtual sərgi təqdim olunub12.07.2026 - 07:59
Prezident Mirziyoyev: Özbəkistanda təhsilin səviyyəsi ən yüksək beynəlxalq standartlara uyğun olacaq12.07.2026 - 07:50
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir12.07.2026 - 07:45
Faktiki hava açıqlandı12.07.2026 - 05:48
"SpaceX" iyulun 16-da "Starship"in yeni sınaqlarını keçirəcək12.07.2026 - 04:52
Dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu gün imtahan verəcəklər12.07.2026 - 04:32
“Mühəndis hazırlığı və müdafiə sənayesi ekosisteminin inkişafı proqramı”nı başa vuran tələbələrə sertifikatlar təqdim edilib12.07.2026 - 04:21
Ana-bala birlikdə məzun oldu 12.07.2026 - 04:10
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər12.07.2026 - 04:02
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi11.07.2026 - 18:00
Azərbaycan Tibb Universitetində "Məzun Günü" təntənə ilə qeyd olunub11.07.2026 - 17:52
Anar Eminov: “Universitet-sənaye əməkdaşlığı tələbə, məzun və əməkdaşlarımız üçün yeni imkanlar yaradır”11.07.2026 - 17:45