İyulun 24-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli Şuşada bu şəhərin, eləcə də, Xankəndi şəhərinin, Xocalı və Ağdərə rayonlarının sakinlərini qəbul edəcək.
"Tehsil365” bu barədə AAYDA-ya istinadən xəbər verir.
Vətəndaşlar 14-16 iyulda Agentliyə rəsmi şəkildə info@aayda.gov.az elektron ünvanı və yaxud poçt vasitəsilə müraciət edərək, həmçinin (012) 599-79-75 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

