İmtahanların başa çatması ilə universitetə qəbul olmaq istəyən minlərlə abituriyenti, eləcə də magistratura təhsili almaq istəyən bakalavrları düşündürən əsas sual topladıqları balın qəbul olmaq istədikləri ixtisasa yetərli olub-olmayacağıdır.
Bu seçimdə bakalavr və abituriyentlərə dəstək olmaq məqsədilə UNEC qəbul ehtimalını hesablayan onlayn kalkulyator (https://calculator.unec.edu.az/) istifadəyə verib.
UNEC-dən “Tehsil365”əbildirilib ki, onlayn kalkulyatordan istifadə etməklə həm abituriyentlər, həm də bakalavrlar müvafiq ixtisas qrupunu, hədəflədikləri ixtisasları və topladıqları balları sistemə daxil edərək həmin ixtisasa qəbul olmaq ehtimalını anındaca hesablaya bilərlər.
Platforma namizədlərə topladıqları ballara uyğun ixtisas seçimi strategiyası qurmağa da dəstək olur.
Qəbul şansını hesablamaq istəyən şəxslər platformadan tam ödənişsiz və rahat şəkildə yararlana bilərlər.

